Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

İsrail böyük müharibəyə başladı-Yenilənib

 

Qəzza zolağında hakim olan HAMAS hərəkatı İsraillə qarşılıqlı şəkildə atəşkəs haqqında bəyanat verib.

Yenixeber.org: RİA “Novosti” xəbər verir ki, bununla bağlı hərəkatın rəsmi nümayəndəsi Fauzi Barxum deyib: “Misirin İsrail qüvvələri ilə müqavimət fraksiyaları arasında atəşkəsin elan edilməsi ilə əlaqədar səyləri uğurla nəticələnib”.

*   *   *00:29

Qəzza zolağı ilə həmsərhəd olan İsrail yaşayış məntəqələri intensiv raket atəşinə tutulur.

Virtualaz.org “NEWSru.co.il” nəşrinə istinadən xəbər verir ki, bir neçə dəqiqə ərzində Sderot və digər yaşayış məntəqələri istiqamətində 30 raket buraxılıb.

*   *   *23:28

Qəzzadan gələn xəbərlərə görə, İsrail ordusu HAMAS-ın lideri İsmayıl Haniyənin ofisini bombalayıb. Hücum nəticəsində ofis dağıdılıb.

İsrail kəşfiyyatı naziri İsrael Kats 13-cü kanala bildirib ki, onlar Qəzzadakı hədəflərə aviazərbələrin yeni raunduna başlayırlar.

“Bu əməliyyat “Protective Edge” əməliyyatından (2014-cü il) sonra ən əhəmiyyətlisi olacaq. Vbu, hələ yenicə başlayır və HAMAS-ın əhəmiyyətli hədəflərini vuracaq”, - Kats deyib.

“Əgər HAMAS cavab versə, zərbə daha güclü olacaq”, - israilli nazir əlavə edib.

*   *   *21:12

İsrail ordusu Qəzza zolağının bütün ərazisində HƏMAS-ın mövqelərinə zərbələr endirməyə başlayıb.

TASSxəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidmətindən bildiriblər.

Mətbuat xidmətinin məlumatında deyilir: "İsrail Müdafiə Ordusu Qəzza zolağının bütün ərazisində HƏMAS-ın mövqelərinə zərbələr endirməyə başlayıb".

Qeyd edilir ki, zərbələr daha əvvəl Qəzza zolağından İsrail ərazisinin raket atəşinə tutulması və nəticədə 7 nəfərin xəsarət almasına cavab olaraq həyata keçirilir.(virtualaz)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam