Redaktor seçimi
MÜTDA – BŞTİ qarşıdurması kimin dirijor çubuğu ilə idarə olunur? -
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Müəllim-sahibkardan prezidentə müraciət:
Günün xəbəri

HƏMAS müharibəni İsrailin bu hissəsinə keçirəcək –TƏHDİD

 

HƏMAS müharibəni İsrailin bu hissəsinə keçirəcək – TƏHDİD

Fələstin döyüşçüləri İsrailin cənubunda yerləşən ən böyük şəhərləri - Aşdod və Beer-Şevanı raket atəşləri ilə hədələyiblər.

Yenixeber.org: “RİA-Novosti” agentliyi xəbər verir ki, bu haqda HƏMAS-ın hərbi qanadı olan “İzzəddin al-Kassam Briqadası”nın mətbuat katibi Abu Ubeydinin adından yayılmış bəyanatda deyilir.

Bildirilir ki, israillilər Qəzza sektorunda mülki binaları bombalamağa davam edərsə, HƏMAS raket atəşlərini İsrailin cənubunda yerləşən ən böyük şəhərlərə keçirəcək.

İsrail ordusu isə bu gün endirilən zərbələr nəticəsində HƏMAS-ın hərbi kəşfiyyat mərkəzini vurduğunu açıqlayıb. Məlumata görə, binadan hərbi hədəflər, həmçinin kəşfiyyat informasiyasının toplanması və tədqiqat işləri üçün istifadə edilirdi. Qeyd edilir ki, binada həmçinin silah anbarı var idi.

İsrail ordusunun mətbuat xidmətinin rəhbərlərindən olan Yonatan Konkirus Fələstin döyüşçülərinin raket arsenalının 20 min vahid qiymətləndirildiyini bildirib.

“Bizim qiymətləndirilmələrimizə görə, onlarda 20 mindən çox raket və mina var. Təəssüf ki, döyüşçülərin arsenalı tükənməkdən çox uzaqdır. Baxmayaraq ki, atəş hələ ki, Qəzza sektoruna sərhəd rayonları ilə məhdudlaşdırılıb, Fələstin döyüşçülərinin raket arsenalı onlara Təl-Əviv və Yerusəlimə çatmağa imkan verir”, - Konrikus deyib.

Qeyd edək ki, İsrailin Qəzza ərazisində hərbi əməliyyatı zamanı baş verən atışma münaqişənin kəskinləşməsinin səbəbi oldu. İsrail ordusu hazırda Qəzza sektorunda Fələstin döyüşçülərinin mövqelərinə hücümları davam etdirir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam