Redaktor seçimi
Gəncə Dövlət Universitetində bitməyən "ŞƏNLİK" -
MÜTDA – BŞTİ qarşıdurması kimin dirijor çubuğu ilə idarə olunur? -
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Günün xəbəri

"Şolts, Makron və Draqinin səfəri Ukraynanı sülhə yaxınlaşdırmır" -Medvedev

Almaniya, Fransa və İtaliya liderləri Olaf Şolts, Emmanuel Makron və Mario Draqinin səfəri Ukraynanı sülhə yaxınlaşdırmır və heç bir faydası yoxdur.

Yenixeber.org: Bunu Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Telegram kanalında yazıb.

Belə ki, Medvedev Almaniya, Fransa və İtaliya liderlərini “qurbağa”, “livera” və “makaron” biliciləri adlandırıb və bildirib ki, onların səfəri Ukraynanı sülhə yaxınlaşdırmır.

"Qurbağaların, liveraların və makaronun avropalı biliciləri Kiyevə səfər etməyi sevirlər. Faydaları sıfıra bərabərdir. Onlar Ukraynaya yenidən Aİ-yə qoşulmağa söz verdilər, yüz il əvvəl olduğu kimi qatarda araq vurdular. Hər şey qaydasındadır. Lakin bu, Ukraynanı sülhə heç cür yaxınlaşdırmır. Vaxt isə gedir...”, - deyə Medvedev yazıb.

Bundan əvvəl isə Medvedev Ukraynanın ABŞ-la “Lend-Liz” proqramı çərşivəsində qaz tədarükünə dair saziş bağlamaq təklifinə reaksiya verib. O, Ukraynanın iki ildən sonra “dünya xəritəsində” mövcud olub-olmayacağının sual altında olduğunu yazıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam