Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Rusiya Qərbə ərzaq ixrac etməyəcək:"Sakit silah"

      Dmitri Medvedev: "Biz düşmənə şam yeməyi verməyəcəyik"

Yenixeber.org: Rusiya qeyri-dost ölkələr siyahısına daxil olan ölkələrə ərzaq və kənd təsərrüfatı malları tədarük etməmək qərarına gəlib. Hansı ki, həmin ölkələr Rusiyanın Ukraynanı işğalına görə anti-Rusiya sanksiyalarına qoşulublar (əsasən, Qərb ölkələri). Bu barədə Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev bildirib.

Medvedev özünün "Telegram" kanalında yazdığı məlumatda qidanı "sakit silah" adlandırıb və bunun bütün dünyada vəziyyətə təsir edəcəyini xatırladıb.

"Biz öz mallarımızı və kənd təsərrüfatı məhsullarımızı düşmənlərimizə tədarük etməyəcəyik və onlardan heç nə almayacağıq. Biz düşmənə şam yeməyi verməyəcəyik", - deyə Medvedev vurğulayıb.

Medvedevin sözlərinə görə, ölkənin ərzaq ehtiyatı indi daxili istehlakçının ehtiyaclarını tam ödəyir: "Qərbdən malların idxalına məhdudiyyət 2014-cü ildən artıq qüvvədədir. Bu dəfə siyahını genişləndirmək olar".

Xatırladaq ki, ABŞ Dövlət Departamentinin rəhbəri Vendi Şerman bəyan edib ki, Rusiya qlobal ərzaq böhranı təhlükəsinə görə məsuliyyət daşıyır. Onun sözlərinə görə, Putinin təcavüzünün nəticələri Ukraynanın hüdudlarından çox-çox kənara çıxır. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam