Redaktor seçimi
Sahib Məmmədovun "islahatları" AHİK-nı borca salıb -
Jurnalistika problemi və ya məsələ təkcə qəzetlər deyil -
Vüqar Gülməmmədovun qayınatasının qoçu şirkəti: Olympus Park-a gözün üstdə qaşın var deyən tapılacaqmı? -
“Antikorrupsiya məzunu”nun paradoksu: Yalçın Rəfiyevin ailə şirkətləri dövlət tenderlərini necə qazanır? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Günün xəbəri

Şolts Ukraynaya səfərini təxirə sala bilər

Almaniya kansleri Olaf Şoltsun Fransa Prezidenti Emmanuel Makron və İtaliyanın Baş naziri Mario Draqi ilə birlikdə Ukraynaya səfəri şübhə altındadır.

Yenixeber.org: Məlumata görə, Şolts jurnalistlərin onun cədvəlində bu həftə Ukraynaya səfərinin olub-olmaması sualına cavab verməkdən imtina edib.

Qeyd edək ki, daha əvvəl bir sıra mətbu orqanlar Şolts, Makron və Draqinin Avropa həmrəyliyini nümayiş etdirmək üçün iyunda Ukraynaya birgə səfər edəcəyini xəbər veriblər.

Lakin sonra səfərin iyunun 16-da baş tuta biləcəyi barədə məlumat yayılıb.

Öz növbəsində Ukrayna Prezidenti Volodimir Zelenski ZDF-yə müsahibəsində bildirib ki, Solts və hökuməti qərar verməlidir: Ukrayna ilə Rusiya arasında münasibətlərdə balansı saxlamaq cəhdi olmamalıdır. Zelenski Almaniya kanslerinin Kiyev və Moskva arasında münasibətlərdə tarazlığı saxlamaq cəhdlərini tənqid edib. Ukrayna Prezidenti həmçinin kansleri Ukrayna ilə münasibətlərdə daha birmənalı olmağa çağırıb.

Soltsun ​​Ukraynaya mümkün gəlişi barədə xəbərləri şərh edən Zelenski deyib ki, bu səfər yalnız fotoşəkillərlə məhdudlaşmamalıdır.(“Associated Press”)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam