Redaktor seçimi
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Müəllim-sahibkardan prezidentə müraciət:
"Bilgəh" Kardioloji Sanatoriyası kütləvi etiraz yaradır -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Günün xəbəri

“Bakı Metropoliteni” gücləndirilmiş iş rejimində çalışır

 

“Bakı Metropoliteni” QSC hazırda gücləndirilmiş iş rejimində çalışır.

Yenixeber.org: Bu barədə qurumun mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat verib.

B.Məmmədovun sözlərinə görə, sərnişin sayının artmasına baxmayaraq metroda qatarlar arasında intervalın azaldılması mümkün deyil:

“Hazırda metro qatarlarının arasında interval 2 dəqiqəyə bərabərdir. Bu isə ən optimal formadır. Hətta biz istəsək belə, texniki imkan bu intervalı azaltmağa imkan vermir. Onu da əlavə edim ki, hazırda müşahidə edilən sıxlıq 2019-cu ilin göstərcilərindən aşağıdır.

İyunun birindən etibarən metronun havalandırma sistemi yay rejiminə keçdi. Qatarların hərəkəti ilə bağlı qərar isə iyunun sonu iyulun əvvəlində veriləcək. Hazırda isə qış rejimi qüvvədədir və gün ərzində xəttə 40-46 qatar çıxarılır”.

“Bakı Metropoliteni” hazırda sərnişin axınının artmasının monitorinqinin aparıldığını qeyd edib.

Əlavə edək ki, hazırda Bakı metrosunda 315 vaqon və 63 qatar var ki, onlardan 19-u yeni nəsil qatarlarıdır.

Qeyd edək ki, iyunun 10-12-si tarixlərində Bakıda keçiriləcək Formula-1” yarışları ilə əlaqədar olaraq paytaxtın bəzi yolları bağlanıb. Bu səbəbdən də ictimai nəqliyyatdan, xüsusilə də metrodan istifadə edən sərnişinlərin sayı artıb.

Hazırda metropoliten xətlərində hərəkət 30 qatar cütü ilə təşkil edilir. Amma yay rejimində sərnişinlərin azalması ilə qatar cütlərinin sayı 20-yə qədər azaldılır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam