Redaktor seçimi
“Karqo Şamil”in görünməyən üzü…
QHT Agentliyinin “Məlahətli Ana” seçimi -
Fuad Nəcəfli və Samiq Sadıxov cütlüyünün görünməyən əməlləri -
111№-li məktəbin 1№-li problemi:
Məmur QHT-si, dövlət qrantı və korrupsiya: Agentlik kimi qoruyur?-
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurması yenidən başladı: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini kofe aparatlarında "əridir" -
Qrant layihələri vaxtı bitən kampaniyalar kimi...-
Günün xəbəri

Bakı metrosu gücləndirilmiş rejimə keçir

 

Bakıda keçiriləcək "Qarabağ"-"Sevilya" oyunu ilə bağlı Bakı Metropoliteni gücləndirilmiş iş rejimində çalışacaq.

Yenixeber.org: Bu barədə "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat verib.

Onun sözlərinə görə, bununla bağlı tədbirlər planı hazırlanıb:

"Plana əsasən, oyunla bağlı metro bu gün gücləndirilmiş iş rejimində çalışacaq. Əsasən, metronun "Gənclik" və "Nəriman Nərimanov" stansiyaları gücləndirilmiş rejimdə işləyəcək. Oyun saat 20:55-də başlandığı üçün metro stansiyalarının gecə saat 00:00-dan sonra işləməsinə ehtiyac qalmayacaq. Çünki son vaxtların təcrübəsi bunu deməyə əsas verir ki, əsasən oyundan sonra sərnişinləri daşımaq üçün maksimum 1 saat vaxt lazım olur. Bu da metronun ümumi iş saatına düşür. Buna baxmayaraq, stansiyalarda nəzarətçilərin sayı artırılıb, "Gənclik" və "Nəriman Nərimanov" stansiyalarına əlavə işçi qüvvəsi cəlb ediləcək. Oyundan sonra sərnişinlərin sona qədər tam təhlükəsiz daşınması üçün bütün tədbirlər görülüb. Ehtiyat qatarlar hazır vəziyyətə gətirilib. Əgər ehtiyac olarsa, qatarlar arasında interval azaldılacaq və həmin ehtiyat qatarlar xəttə buraxılacaq".

Xatırladaq ki, bu gün UEFA Avropa Liqasının qrup mərhələsinin ilk turu çərçivəsində "Qarabağ" Bakıda Tofiq Bəhərmov adına stadionda "Sevilya" komandasını qəbul edəcək. Oyun Bakı vaxtı ilə 20:55-də başlayacaq. Oyunu ukraynalı hakimlər idarə edəcək.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam