Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Günün xəbəri

Rus kəşfiyyatı alman məmurları dinləyir -Daxili işlər naziri xəbərdarlıq etdi

Almaniyanın daxili işlər naziri Nensi Faeser Rusiya xüsusi xidmət orqanlarının məmurları dinləmək təhlükəsinin olduğunu açıqlayıb.

Yenixeber.org: "Alman dalğası" radiosunun ("Deutsche Welle") məlumatına görə, nazir Almaniya siyasətçilərini və dövlət qulluqçularını Rusiya xüsusi xidmət orqanları tərəfindən telefon danışıqlarının dinlənilməsi riskləri və icazəsiz məlumat sızması təhlükəsi barədə xəbərdarlıq edib.

Nazirə görə, dinləmə riski və icazəsiz məlumat sızması təhlükəsi realdır və onları qiymətləndirməmək olmaz.

Belə risklərin da çox hökumət qurumlarının yerləşdiyi məhəllələrdə mövcud olduğu bildirlir. Hökumət məhəlləsi Berlinin mərkəzində yerləşir və burda bir sıra qurumlarla yanaşı Federal Kanslerin ofisi və Almaniya Xarici İşlər Nazirliyinin binaları yerləşir. Xanım Faeserə görə, Rusiya “hibrid müharibəsi” aparır, bu səbəbdən də Berlin özünü müdafiə etmək üçün hərəkətə keçməyə məcburdur.

“Buna görə də biz Rusiya xüsusi xidmət orqanları ilə əməkdaşlıqda şübhəli bildiyimiz 40 nəfəri Berlindəki Rusiya səfirliyindən qovduq”- deyə, nazir bildirib.

Aprelin əvvəlində Almaniya Rusiya səfirliyinin 40 əməkdaşını ölkədən çıxarıb. Xarici işlər naziri Annalena Burbock, "onlar hər gün burda, Almaniyada azadlığımıza, cəmiyyətimizin birliyinə qarşı çalışıblar" söyləyib. Moskva Berlinin bu addımını cavabsız qoymayıb, bir müddət sonra Almaniya diplomatik missiyasının 40 əməkdaşını ölkədən çıxarılıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam