Redaktor seçimi
Mingəcevirin İcra başçısı kütləvi narazılıq yaradır:  Sahibkar “Seyid”in xatirinə -
Anar Nağıyev beş yüz minlik tədbirləri harada keçirib ki, BSU-da heç kimi xəbəri yoxdu -
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
BSU-nun rektoru Anar Nağıyevə "İTTİHAM YAĞIŞI":
Günün xəbəri

Rusiya kəşfiyyatı Merkelin gizli sənədlərini necə oğurlayıb? –Kanslerdən Kremlə sərt mesajlar

 

 

 Almaniya kansleri Angela Merkel deyib ki, 2015-ci ildə onun ölkəsinin parlamentinə kiberhücumda Rusiya qüvvələrinin əli olduğuna dair keçərli sübutlar mövcuddur.

Yenixeber.org: Bu haker hücumu zamanı xanım Merkelin Bundestaqdakı öz ofisindən də sənədlərin oğurlandığı iddia olunur. Almaniyanın gündəlik “Sueddeutsche Zeitung” qəzeti ötən həftə yazmışdı ki, Almaniya prokurorları Rusiya Baş Kəşfiyyat İdarəsinin (GRU) zabiti olduğu güman edilən şəxsin həbsinə order veriblər. GRU zabiti olduğu iddia edilən Dmitri Badin habelə ABŞ hakimiyyət orqanları tərəfindən axtarışa verilib.

Mayın 8-də Almaniyanın “Der Spiegel” xəbər jurnalı yazırdı ki, 2015-ci ildə kiberhücumun hədələdiyi materiallar arasında xanım Merkelin Bundestaq ofisindəki sənədlər də olub.Almaniya prokurorluğu medianın bu iddialarını hələki rəsmən təsdiqləməyib.

Lakin mayın 13-də millət vəkillərinin suallarına cavab verən Merkel deyib ki, onun fikrincə hakerlər nizamsız qaydada əllərinə keçəni oğurlayıblar:"Mənçox şadam ki, bu barədə təhqiqatlar prokurorluğun konkret bir şəxsi axtarışa verməsi ilə nəticələnib. Mən bu məsələlərəçox ciddi baxıram. Düzünü deyim ki, bu, mənim üçün ağrılı məsələdir. Bir tərəfdən mən hər gün Rusiya ilə daha yaxşı münasibətlər üçün səy göstərirəm. Amma digər tərəfdən sanballı dəlil var ki, Rusiya qüvvələri bu cür hərəkətdəiştirak ediblər. Bu, gərginlik olan bir sahədir.

Rusiya rəsmiləri 2015-ci ildə Almaniya parlamentinə haker hücumu ilə hər hansı bağlılıqlarını inkar edirlər. Kreml ABŞ-da 2016-cı il prezident seçkisinə müdaxilə etdiyini də danır. Merkel bildirib ki, Almaniyanın apardığı təhqiqat onun Rusiyanın “hibrid müharibəsi” apardığına dair qənaətini dəyişməyib. Onun sözlərinə görə bu “hibrid müharibə” adamlarıçaşdırmaq və faktları təhrif etmək məqsədi güdür.

Kansler deyib ki, Rusiya ilə yaxşı münasibətlər üçün mühüm səbəblər olsa da, bu cür hərəkətlər münasibətləri heç də asanlaşdırmır.

Merkel deyib ki, kiberhücum hiddət doğurur və Almaniya “Rusiya da daxil bunu edənlərə qarşı tədbir görmək haqqına malikdir”.(azadliq.org)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam