Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Putinin analoqsuz telefonu varmış...

 

Rusiya prezdenti Vladimir Putin öz kabinetindən kənarda telefon danışıqları üçün sadə mobil telefon deyil, xüsusi işlənib hazırlanmış cihazdan istifadə edir. O, adi telefonlardan “xeyli qalındır” və bir neçə qat mühafizə sisteminə malikdir.

Yenixeber.org: Bu barədə Kremldəki məlumatlı mənbə “Moskovskiy komsomolets” qəzetinə bildirib.

“Cihazda bir neçə səviyyəli mühafizə var, o cümlədən siqnalı yanıltmaq və dinləmənin qarşısını almaq üçün. Dövlət rəhbərinin rəsmi telefon danışıqlarının dinlənilməsi ehtimalı sıdırdır. Ümumiyyətlə, Federal Mühafizə Xidmətinin xüsusi rabitəsi hərbi peyklərdən istifadə edir. Siqnal hətta ələ keçirilsə belə, məxfi metodlarla şifrələnib. Onun deşifrə edilməsinə illərlə vaxt lazım ola bilər”,-mənbə Rusiya və ABŞ prezidentlərinin telefon danışıqlarının Birləşmiş Ştatların xüsusi xidmət orqanları tərəfindən dinlənilməsi ehtimalını şərh edərkən deyib.

 

Kremldəki mənbə onu da deyib ki, Rusiya liderinin xarici siyasətçilərlə danışıqları həmişə tərcüməçi üzərindən həyata keçirilir və xüsüsi diplomatik kanallarla təşkil olunur. Çünki protokolda belə yazılıb.

Putinin mətbuat katibi Dmitri Peskov prezidentin “xüsusi, xəlvəti telefonunun olması” barədə xəbəri şərh edərkən informasiyanı təkzib etməyib. “Elə də qalın deyil”,-Peskov bildirib.

Xatırladaq ki, ABŞ prezidenti Donald Trampın iyul ayında Ukrayna prezidenti Vladimir Zelenski ilə telefon danışıqlarına görə impiçment proseduruna məruz qalıb. Həmin telefon danışığını kəşfiyyat zabiti dinləyib və Trampın Zelenskidən ABŞ Konstitusiyasına ziddiyyət təşkil edən xahiş etdiyini-rəqibi Cozef Baydenin və oğlu barədə Ukraynada korrupsiya iddialarını araşdırmağı istədiyini üzə çıxarıb. Zabit dərhal bu barədə kəşfiyyat strukturlarının rəhbərliyinə şikayət yazıb. Qalmaqal yaranıb və Konqres Trampın barəsində impiçment prosedurunu başladıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam