Redaktor seçimi
Mingəcevirin İcra başçısı kütləvi narazılıq yaradır:  Sahibkar “Seyid”in xatirinə -
Anar Nağıyev beş yüz minlik tədbirləri harada keçirib ki, BSU-da heç kimi xəbəri yoxdu -
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
BSU-nun rektoru Anar Nağıyevə "İTTİHAM YAĞIŞI":
Günün xəbəri

""Formula-1" yarışları Ağdama köçürülsün"


“Vətən müharibəsindən, torpaqlarımız işğaldan azad edildikdən sonra yazmışdım, bu gün də öz fikrimdə qalıram: Qarabağın, işğaldan azad edilən torpaqlarımızın canlanması, iqtisadiyyata qazandırılması, əhalinin ora köçməsinin stimullaşdırılması üçün kreativ qərarlara ehtiyac var, ənənəvi büdcə hesabına bərpa modeli effekt verməyəcək, iqtisadi canlanma yaratmayacaq – ancaq büdcə hesabına iqtisadi fürsətlər yaratmaq mümkün olsaydı ölkənin digər rayonlarında da son 30 ildə inkişaf və iqtisadi canlanma görərdik”.

Yenixeber.org: Bunu iqtisadçı ekspert Natiq Cəfərli bildirib.
O qeyd edib ki, belə addımlardan biri “Formula-1” yarışlarının Ağdama köçürülməsi ola bilər:
“Şəhər içində gözəl trek tikmək, maraqlı marşrut təşkil etmək olar. Bu həm dünyanın diqqətini Qarabağın bərpasına yönəltmək, həm iqtisadi canlanma yaratmaq, investisiyalar cəlb etmək üçün maraqlı, doğru addım olardı, həm də Bakının yükü azalar, şəhər əhalisinin “Formula-1” çiləsinə son verərdi.
Yarışlar olmayanda il boyu o trek yüksək sürətlə maşın sürmək istəyən vətəndaşlar üçün əyləncə, yarışma yeri, həm də ağdamlıların ənənəvi avtomobil sevdası yeni xidmətlərin, yeni maşın bazarının yaranmasına səbəb olardı”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam