Yenixeber.org: Hazırda azarkeşlərin son illərin ən maraqlı mövsümlərindən birini izlədiyini qeyd edən mütəxəssis, birmənalı olaraq, hansı sürücünün və komandanın çempion olacağını hələ də söyləməyin mümkün olmadığını bildirib.

Onun sözlərinə görə, hazırda bəzi komandalarda heyətlərin təsdiqlənməsi prosesi gedir: “Maraqlı seçimlər var və gələn il bizi daha maraqlı mövsümün gözləməsi dəqiqdir. Növbəti mövsümdən danışmışkən, qeyd edim ki, təqvimin ilkin versiyası dərc olunub və bizim milli mərhələmiz yenə də aprelin sonunda baş tutacaq. Bakı Şəhər Halqası Əməliyyat Şirkəti də artıq tətildən qayıdıb, yavaş-yavaş 4-cü yarışa hazırlıqlar başlayır. Həm təşkilatçılar, həm də biz azarkeşlər ümid edirik ki, növbəti “Formula 1” yarışımız da sələfləri kimi çox maraqlı alınacaq”.