Redaktor seçimi
Gəncə Dövlət Universitetində bitməyən "ŞƏNLİK" -
MÜTDA – BŞTİ qarşıdurması kimin dirijor çubuğu ilə idarə olunur? -
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Günün xəbəri

Azərbaycan səfiri Kraliçanın qəbulunda- FOTO

Azərbaycanın Respublikasının Danimarka Krallığında akkredite olunmuş səfiri Elin Süleymanov Danimarkanın Kraliçası Ülyahəzrət II Marqreteyə etimadnaməsini təqdim edib.

Yenixeber.org: Protokol qaydalarına və Krallıq ənənələrinə uyğun olaraq səfir xüsusi müşayiət ilə Amalienborq sarayına gətirilib. 

Görüşün əvvəlində səfir E.Süleymanov Prezident İlham Əliyevin səmimi salamlarını Kraliçaya çatdırıb. E.Süleymanov Azərbaycanın Danimarka Krallığında səfir kimi akkreditə olunmasından böyük şərəf hissi keçirdiyini söyləyərək yeni vəzifəsində iki ölkə arasında münasibətlərin daha da dərinləşdirilməsi və möhkəmləndirilməsinə çalışacağını bildirib.

Öz növbəsində, Kraliça II Marqrete Prezident İlham Əliyevin səmimi salamlarına görə təşəkkür edərək, özünün də salamları və ən xoş arzularının Azərbaycanın ölkə başçısına çatdırılmasını xahiş edib. O, həmçinin səfir Elin Süleymanova fəaliyyətində uğurlar arzu edib.

Söhbət əsnasında, tərəflər son onilliklər ərzində Azərbaycanla Danimarka arasında ikitərəfli əlaqələrin yüksələn xətlə inkişaf etməsindən məmnunluq ifadə edib, əlaqələrin bundan sonra daha da genişləndirilməsinə dair perspektivləri müzakirə ediblər.

Səfir Süleymanov həmçinin, Azərbaycan ilə Danimarka arasında diplomatik münasibətlərin 30 illiyi münasibəti ilə xarici işlər naziri səviyyəsində təbrik məktubu mübadiləsinin baş tutmasını əhəmiyyətli addım kimi vurğulayıb. 

Sonda səfir, taxtda olmasının 50 illiyi münasibətilə Kraliça Ülyahəzrət II Marqreteyə səmimi qəlbdən təbriklərini çatdırıb.Səfər çərçivəsində, Səfir Süleymanovun Danimarka Krallığı Xarici İşlər Nazirliyində görüşləri nəzərdə tutulub.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam