Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Elxan Poluxov etimadnamələrini Ekvadorun Vitse Prezidentinə təqdim edib

İqamətgahı Brazilia şəhərində olan, Azərbaycan Respublikasının Ekvador Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Elxan Poluxov etimadnamələrini Ekvador Respublikasının Prezidenti vəzifələrini icra edən, Vitse Prezident xanım Maria Alexandra Vikunyaya təqdim edib

Yenixeber.org: Səfirliyin mətbuat xidmətindən verilən xəbər görə, görüş zamanı, xanım Maria Vikunya ölkə rəhbərliyi və Azərbaycan xalqına öz səmimi salamlarını çatdıraraq ölkələr arasında əlaqələrin hər bir sahəsində inkişafı üçün geniş imkanların olduğunu söyləyib. Hər iki ölkənin bir sıra beynəlxalq təşkilatlarda üzv olmaları Ekvador və Azərbaycan arasında oxşarlığın əyani sübutu olduğunu vurğulayıb.
Öz növbəsində E.Poluxov Prezident İlham Əliyevin həmkarına qarşılıqlı salamlarını çatdıraraq Ekvador Respublikasında səfir olmasından məmnun olduğunu və tutduğu vəzifədə ölkələr arasında münasibətlərin daha da genişlənməsi və dərinləşməsi səylərinin əsirgəməyəcəyini bildirib.
Sonra səfir Elxan Poluxov ölkəmiz haqqında ətraflı məlumat verərək, ikitərəfli münasibətlərin inkişaf etdirilməsi istiqamətdə müzakirə aparıb.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam