Redaktor seçimi
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Müəllim-sahibkardan prezidentə müraciət:
"Bilgəh" Kardioloji Sanatoriyası kütləvi etiraz yaradır -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Günün xəbəri

Rusiya Milli Qvardiyasının döyüşçüləri -Ukraynaya getməkdən imtina edib

Rusiya Milli Qvardiyasının OMON “Plastun” əməliyyat bölüyünün tağım komandiri, polis kapitanı Farid Çitav 11 döyüşçüsü ilə birlikdə Ukrayna sərhədini keçməkdən imtina edib.

Yenixeber.org: Bu barədə “Meduza” nəşri döyüşçülərin vəkillərinə istinadən yazır. Onlar imtinanı sərəncamın qanunsuzluğu ilə izah ediblər.

“Onların heç birinin xarici pasportu və ya Rusiya ərazisini tərk etmək niyyəti olmayıb, birbaşa rəsmi vəzifələri isə Rusiya Federasiyasının ərazisi ilə məhdudlaşıb. Xüsusi hərbi əməliyyatda iştirak etmək üçün Ukrayna ərazisinə ezamiyyətlər, bu əməliyyatın vəzifələri və şərtləri barədə iddiaçıların heç biri xəbərdar edilməyib və nəticədə buna razılıq verilməyib”, - nəşr yazır.

Bundan sonra Rusiya Qvardiyasının döyüşçüləri rəsmi yoxlamadan keçirilib və onun nəticələrinə əsasən onlar xidmətdən qovulublar. Milli qvardiyaçılar işdən çıxarılmalarını qanunsuz hesab edir və onların iş yerinə bərpa tələbi ilə məhkəməyə müraciət ediblər.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam