Redaktor seçimi
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
BSU-nun rektoru Anar Nağıyevə "İTTİHAM YAĞIŞI":
Həmkarlar İttifaqında qərar verən əsas güc- NİGAR VAHABZADƏ KİMDİR?-
GENERAL MEHDİYEV - GÖMRÜKDƏN BİZNESƏ... - DGK-nın keçmiş şefi necə “uğurlu biznesmen” oldu? +
Günün xəbəri

Bakı sakini ondan polisə şikayət edən ata və anasını bıçaqlayıb -MƏHKƏMƏ

Bakı sakini ondan polisə şikayət edən ata və anasını bıçaqlayıb - MƏHKƏMƏ

Bakıda ata və anasını bıçaqlamaqda təqsirləndirilən Fəqan Mustafayevə hökm oxunub və o, 1 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Yenixeber.org: Bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Əli Məmmədovun sədrliyi ilə keçirilən prosesdə elan olunub.

İttiham aktına əsasən, hadisə 2021-ci ilin avqustun 30-da Yasamal rayonu, T.Şahbazi küçəsi, ev 78 ünvanında qeydə alınıb.

Belə ki, paytaxt sakini, 1984-cü il təvəllüdlü F.Mustafayevin valideynləri aralarında şəxsi münasibətlər zəminində yaranan münaqişə ilə bağlı ondan Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis Bölməsinə şikayət edib. Evə qayıdan F.Mustafayev atası və anasına ondan PB-nə şikayət etməsini irad bildirib. Atası F.Mustafayevə evdən çıxmasını təkid edib. Bu zaman onların arasında mübahisə düşüb. Nəticədə o, əvvəl atasını, sonra anasını bıçaqlayıb.

Xəstəxanaya çatdırılan yaralıların həyatını xilas etmək mümkün olub.

F.Mustafayev polis əməkdaşları tərfindən saxlanılıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam