Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Bakıda - kişi sevgilisinin ərini bıçaqlayıb

Bakıda kişi sevgilisinin ərini bıçaqlayıb
Bakıda 21 yaşlı oğlan bıçaqlanıb.

Yenixeber.org:   Hadisə paytaxtın Sabunçu rayonu, Ramana qəsəbəsində qeydə alınıb. Şəhər sakini, 1998-ci il təvəllüdlü Cəfər Əhmədov bıçaqlanıb.

Müəyyən edilib ki, onu bıçaqlayan həmyerlisi, 1992-ci il təvəllüdlü Seyran Əliyev C. Əhmədovun həyat yoldaşı ilə qeyri rəsmi münasibətdə olub.

Belə ki, S. Əliyev qadınla onların evində görüşən zaman C. Əhmədov evə daxil olub. Bu zaman tərəflər arasında dava olub. S. Əliyev masanın üzərindəki bıçağı götürərək C. Əhmədovu bıçaqlayıb.

Yaralı xəstəxanaya çatdırılıb, onun həyatını xilas etmək mümkün olub.

Hadisəni törədən S. Əliyev polis tərəfindən saxlanılıb.

Ona Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi açılıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam