Redaktor seçimi
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Müəllim-sahibkardan prezidentə müraciət:
"Bilgəh" Kardioloji Sanatoriyası kütləvi etiraz yaradır -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Günün xəbəri

DİN Bəhram Bağırzadənin “üzr” paylaşımına münasibət bildirdi -VİDEO

 

Daxili İşlər Nazirliyi (DİN) Əməkdar artist Bəhram Bağırzadənin DİN tərəfindən mütəmadi olaraq yayımlanan vətəndaşların üzr videoları ilə bağlı yumoristik paylaşımına münasibət bildirib.

Yenixeber.org: DİN-in Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib ki, B.Bağırzadənin hansısa mövzuya yanaşması sənətlə əlaqəlidir.

“Əməkdar artist Bəhram Bağırzadə teatral sənət adamıdır, sənətkardır. Mövzunun mahiyyətində olan sarkazm üzrxahlıq edən adamın vəziyyətini əks etdirir. Anlaşılandır, neqativ hallara meylli şəxslərin profilaktikasında çəkindirici xarakter daşıyır”, - deyə şöbə rəisi vurğulayıb.

Qeyd edək ki, əməkdar artist B.Bağırzadə DİN tərəfindən mütəmadi olaraq yayımlanan vətəndaşların üzr videoları ilə bağlı ironik paylaşım edib. O, videoda dostları ilə yeyib-içməyə gedəcəyini, hər ehtimala qarşı Bakıya gələn turistlərdən, şəhərin bütün pişiklərindən üzr istədiyini söyləyərək, məsələyə yumoristik şəkildə münasibət bildirib.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam