Redaktor seçimi
Gəncə Dövlət Universitetində bitməyən "ŞƏNLİK" -
MÜTDA – BŞTİ qarşıdurması kimin dirijor çubuğu ilə idarə olunur? -
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Günün xəbəri

Azərbaycanda -“Yaşıl dəhliz” buraxılış sistemindən istifadə qaydası dəyişib

Azərbaycanda “Yaşıl dəhliz” buraxılış sistemindən istifadə qaydası dəyişib

Prezident İlham Əliyev 21 dekabr 2018-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “Xarici ticarət iştirakçılarının “Yaşıl dəhliz” buraxılış sistemindən daimi istifadə hüququnu əldə etməsi, həmin hüququn dayandırılması, ləğvi və bərpası Qaydası”nda dəyişiklik edib.

Yenixeber.org: Dövlət başçısı bununla bağlı yeni fərman imzalayıb.

Fərmana əsasən, bundan sonra hüquqi şəxs ləğv olunduqda, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxsin fərdi sahibkar fəaliyyətinə xitam verildikdə, həmin şəxs məhkəmə tərəfindən ölmüş elan edildikdə, itkin düşmüş və yaxud fəaliyyət qabiliyyəti olmayan hesab edildikdə, yaxud vəfat etdikdə Dövlət Gömrük Komitəsi onun “Yaşıl dəhliz” buraxılış sistemindən daimi istifadə hüququnu ləğv edəcək. İndiyə qədər bu hüquq yalnız hüquqi şəxs ləğv olunduqda, yaxud fiziki şəxs məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan hesab edildikdə və yaxud vəfat etdikdə ləğv olunurdu.

Bundan başqa, Qaydalara edilmiş əlavəyə görə “Yaşıl dəhliz” buraxılış sistemindən daimi istifadə hüququ ləğv edilən şəxs bu barədə qərar qəbul edildikdən ən azı 6 ay sonra (bu Qaydada nəzərdə tutulan halda məhkumluq ödənildikdən və yaxud götürüldükdən sonra) yenidən bu hüququ əldə etmək üçün müraciət edə bilər.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam