Redaktor seçimi
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurmasında YENİ DETALLAR 
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
Günün xəbəri

Bələdiyyələrə əlavə səlahiyyət verilib

 

Nazirlər Kabineti “Mülki dövriyyəsi məhdudlaşdırılmış əşyaların dövriyyəsinə və onun şərtlərinin gözlənilməsinə nəzarət Qaydaları”nda dəyişikliklər edib

 

"Xeberinfo.com":  APA-ya istinadən xəbərə görə, qaydalara əsasən indiyə qədər dövlət orqanları tərəfindən xüsusi icazə sahiblərinin fəaliyyətinin əşyaların dövriyyəsinin şərtlərinə uyğunluğunun yoxlanılması, bir qayda olaraq, ildə bir dəfə növbəti yoxlamalar əsasında keçirilib.
 
Dəyişikliyə əsasən bundan sonra sahibkarlar istisna olmaqla xüsusi icazə sahiblərinin fəaliyyətinin əşyaların dövriyyəsi şərtlərinə uyğunluğunun yoxlanılması məqsədilə ildə bir dəfə növbəti yoxlamalar aparılacaq. Digər dəyişiklik də sahibkarlarla bağlı məqamla əlaqədardır. İndiyə qədər mülki dövriyyəsi məhdudlaşdırılmış əşyaların dövriyyəsi ilə bağlı qanunvericiliyin pozulması və dövriyyənin şərtlərinin dəyişilməsi barədə müvafiq səlahiyyətli dövlət orqanlarına dövlət orqanlarının, həmçinin hüquqi və fiziki şəxslərin müraciətləri daxil olduqda, xüsusi icazənin sahibi olan fiziki şəxs vəfat etdikdə, hüquqi şəxs ləğv olunduqda və xüsusi icazənin sahibi olan hüquqi şəxsin yenidən təşkili olduqda yeni xüsusi icazənin verilməsi üçün növbədənkənar yoxlamalar keçirilib. Bundan sonra bu hallarda sahibkar olmayan xüsusi icazə sahiblərində növbədənkənar yoxlamalar keçiriləcək.
 
Üçüncü dəyişiklik isə bələdiyyələrə yeni səlahiyyət verilməsi ilə əlaqədardır. Bundan sonra yerli özünüidarəetmə orqanlarının da mülki dövriyyəsi məhdudlaşdırılmış əşyaların dövriyyəsi ilə bağlı qanunvericiliyin pozulması və dövriyyənin şərtlərinin dəyişilməsi barədə müraciəti daxil olduqda müvafiq dövlət orqanı növbədənkənar yoxlamalar apara biləcək. 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam