Redaktor seçimi
Gəncə Dövlət Universitetində bitməyən "ŞƏNLİK" -
MÜTDA – BŞTİ qarşıdurması kimin dirijor çubuğu ilə idarə olunur? -
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Günün xəbəri

Müşavir:"Azərbaycan" nəşriyyatının əsl təyinatı üzrə fəaliyyət göstərməsini planlaşdırırıq"

Müşavir: Azərbaycan nəşriyyatının əsl təyinatı üzrə fəaliyyət göstərməsini planlaşdırırıq

"Qarşımıza qoyduğumuz məqsədlərə çatmaq üçün kadr islahatları labüddür".

Yenixeber.org: Bunu  "Azərbaycan” Nəşriyyatının baş direktorunun müşaviri Rövşən Şıxlı deyib.

O bildirib ki, islahatlar prosesi mexaniki olmayacaq: "Yəni, biz çalışmaq istəyən bacarıqlı əməkdaşların təcrübəsindən bəhrələnmək niyyətindəyik. Bu istiqamətdə addımlar yalnız işimizin daha səmərəli aparılması naminə atılacaq. "Azərbaycan" nəşriyyatının gələcəklə bağlı planları çoxşaxəlidir. Bura həm mətbu orqanlarla daha sıx əməkdaşlıq, onların nəşriyyatın binasında rahat fəaliyyət göstərməsinin təmin olunması, başqa sözlə nəşriyyatın əsl təyinatı üzrə fəaliyyət göstərməsi, həm də çap prosesinin təkmilləşdirilməsi, müasir standartlara uyğunlaşdırılması, texniki təminatın yaxşılaşdırılması, yeni sifarişçilərin cəlb edilməsi daxildir".

Müşavir nəşriyyatda maliyyə yoxlamalarının aparılması iddialarını təkzib edib: "Azərbaycan” nəşriyyatında hər hansı yoxlamalar aparılmayıb".


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam