Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Əli Həsənovun binası "Azərbaycan" Nəşriyyatının balansına veriləcək

 

 Prezidentin keçmiş köməkçisi Əli Həsənovun nəzarətində olan Beynəlxalq Mətbuat Mərkəzinin (BMM) yerləşidiyi binanın boşaldıldığı barədə məlumat vermişdik. Məlumatda deyilirdi ki, Əli Həsənov vəzifədən azad edildikdən sonra BMM fəaliyyətini dayandırıb. 

Yenixeber.org: Bununla yanaşı həmin binada yerləşən və Əli Həsənova aid olan təsisatlar fəaliyyətsiz qalıb. İndi həmin bina keçmiş köməkçinin nəzarətindən çıxarılır. Artıq binanın boşaldılmasına başlanılıb.

Əldə etdiyimiz məlumata görə, bina “Azərbaycan” Nəşriyyatının balansına verilə bilər. Həmin bina onsuz da sözügedən qurumun ərazisində inşa edilib. Bu faktı “Azərbaycan” Nəşriyyatının direktoru Ağabəy Əsgərov da təsdiqləyib. 

O, bir müddət əvvəl mediaya açıqlamasında deyib ki, o vaxt nəşriyyatın ərazisində Əli Həsənova yer ayrılıb. “O vaxtı dövlət tərəfindən elə məsələhət oldu ki, nəşriyyatın ərazisində Əli Həsənova yer verilsin. Əli Həsənov həmin ərazidə mətbuat evi tikib. Onu Əli Həsənova mən verməmişəm, dövlət tərəfindən verilib. Axı mən kiməm ki, Əli Həsənova ərazi verim? Ora mənim dədəmin, babamın yeri deyil. Bu məsələnin mənə heç bir bağlılığı yoxdur", - deyə o qeyd edib.

İndi binanın yenidən “Azərbaycan” Nəştiyyatının balansına veriləcəyi tamamilə məntiqli görünür.(yenisabah)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam