Redaktor seçimi
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Müəllim-sahibkardan prezidentə müraciət:
"Bilgəh" Kardioloji Sanatoriyası kütləvi etiraz yaradır -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Günün xəbəri

Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi:"Ermənilər atəşkəsi 203 dəfə pozublar"

Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi: Ermənilər atəşkəsi 203 dəfə pozublar

Atəşkəsə nəzarət üzrə Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi fəaliyyətə başlayandan indiyədək erməni qüvvələrinin 203 dəfə atəşkəsi pozduğunu qeydə alıb.

Yenixeber.org: Məlumatı “TRT Haber” telekanalı yayıb.

Televiziya əməkdaşı Fatih Avanosu mərkəzə ezam edib.

Mərkəzin 11 aydır fəaliyyət göstərdiyini vurğulayan F.Avanos burada 60 türk hərbçisinin xidmət etdiyini, onlardan 13-nün PUA operatoru olduğunu bildirib.

Müxbirin sözlərinə görə, atəşkəs pozuntuları barədə həm Azərbaycan, həm də Ermənistan tərəfinə məlumat göndərilir.

Jurnalist atəşkəs pozuntularının necə hesablandığına da aydınlıq gətirib: “Əslində, bu pozuntuların daha çox olduğunu bilirik. Ancaq türk hərbçilər eyni müddətdə təkrarlanan pozuntuları atəşkəsin pozulması üzrə bir fakt kimi qeydə alırlar. Beləliklə, atəşkəs pozuntuların minimum sayı 203-dür”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam