Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Qarabağda -Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzi fəaliyyətə başlayır

Qarabağda Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzi fəaliyyətə başlayır
Qarabağda atəşkəsə nəzarət edəcək Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzi fəaliyyətə başlayır.
Yenixeber.org: Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd edilib ki, rus hərbçilər Dağlıq Qarabağ zonasında atəşkəsə və bütün döyüş əməliyyatlarına nəzarət etmək üçün ortaq Rusiya-Türkiyə mərkəzində işləməyə hazırlaşırlar.
Mərkəzin tərkibinə daxil olacaq rus hərbçilərinin atəşkəs rejiminin monitorinqi tapşırıqlarını birgə icra etmələri üçün təlim keçdikləri və Azərbaycan ərazisinə getməyə hazırlaşdıqları vurğulanıb.

Təlim zamanı hərbi qulluqçular Birgə Mərkəzin srukturunu, məqsədini, vəzifələrini və funksiyalarını, işinin təşkili qaydasını, eyni zamanda ərazilərində tapşırıqları yerinə yetirilməli olduğu ölkənin mədəniyyətini, ənənələrini və xüsusiyyətlərini öyrənirlər.

Rusiya və Türkiyənin paritet əsasda təmsil olunduğu Birgə Mərkəzin heyəti vəziyyətə nəzarət və atəşkəsin monitorinqini pilotsuz uçuş vasitələrindən istifadə etməklə yerinə yetirəcək.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam