Redaktor seçimi
Mingəçevir Təhsil sektorunun müdirini nazir müavini ilə nə bağlayır?!:  Sevinc Həsənova məsul şəxslər barədə kompramat toplayır -
TƏCİLİ! "Landmark Baku"da çalışan diplomatları iranlı qızlarla görüşdürüb çəkdirən iş adamının adı məlum oldu —
AzTU-nun rektoru Vilayət Vəliyevə "DUR" deyən tapılacaqmı?! -
Emin Əmrullayevin “Bəddualı paketi” -
AzTU-nun rektoru Vilayət Vəliyev "bazarkom" kimi -
Kosmetoloq İradə Məmmədovadan YENİ XƏBƏR:
Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! - müəmmalı 3000 manat, liftin qırılması və ...+
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ŞOK KORRUPSİYA:
Günün xəbəri

Türk əsgəri Qarabağda: -nələr dəyişəcək?

Türk əsgəri Qarabağda: nələr dəyişəcək?

Qarabağda atəşkəsə nəzarət edəcək Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzinin fəaliyyətə başlaması mühüm hadisədir. Artıq təkcə Rusiya deyil, Türkiyə də Qarabağda atəşkəsə nəzarət edəcək.

Yenixeber.org: Politoloq Teymur Qasımlı Qarabağda atəşkəsə nəzarət edəcək Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzinin fəaliyyətə başlaması haqda danışarkən deyib.

O bildirib ki, Birgə Monitorinq Mərkəzində Türkiyə ilə Rusiya eyni səlahiyyətlərə malik olmalıdır:

“Bu, çox vacib məsələdir. Tərəflər eyni səlahiyyətlərə malik olsa, bu, Mərkəzin fəaliyyətini daha məhsuldar edər. Təbii, istərdik, regionda Rusiya kimi Türkiyənin də sülhməramlıları olsun və iki ölkə bu missiyanı birlikdə həyata keçirsin. Bu, nəzərdə tutulmasa da, Mərkəzin fəaliyyəti, tərəflərin birgə işləmək təcrübəsi və əldə ediləcək uğurlu nəticə ola bilsin, gələcəkdə bu məsələnin də reallaşmasına gətirib çıxarsın”.

Politoloq deyib ki, rəsmi Bakının Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzindən gözləntiləri böyükdür:

“Birincisi, hazırda rəsmi Bakını narahat edən başlıca məsələ Ermənistan rəsmilərinin Xankəndiyə səfərlər etməsidir. Bu, həm mövcud sülhün pozulması, həm də gərginliyin yenidən artmasına səbəb ola bilər. Azərbaycan tərəfinin mövqeyi bəllidir. Bu mənada Mərkəzdən başlıca gözlənti bu səfərlərin qarşısının alınmasıdır. Türkiyənin bu istiqamətdə nələrsə edib-etməyəcəyini indidən demək çətindir, lakin Mərkəz bu məsələnin üzərinə düşməlidir.

İkincisi, son günlər rus sülhməramlıları ilə bağlı bəzi xoşagəlməz hallar yaşanır. Rəsmi Bakı vaxtında reaksiya versə də, Mərkəzin də nəzarət mexanizmini gücləndirməsi vacibdir.

Üçüncüsü, azərbaycanlı məcburi köçkünlərin öz torpaqlarına qaytarılması vacib prosesdir. Bu məsələ də Mərkəzin nəzarətində baş verməlidir”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam