Redaktor seçimi
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Müəllim-sahibkardan prezidentə müraciət:
"Bilgəh" Kardioloji Sanatoriyası kütləvi etiraz yaradır -
Günün xəbəri

Mağaza və avtoyuma məntəqəsindən oğurluq edən keçmiş məhkum saxlanılıb -Ağdaşda

 

Ağdaş Rayon Polis Şöbəsinə rayonun Ləki qəsəbəsində yerləşən avtomobil yuma məntəqəsinin saxlanc yerindən plastik boruların  və müxtəlif işıqlandırma avadanlıqlarının  oğurlanması barədə müraciət daxil olub.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Yenixeber.org-a verilən məlumata görə,  müraciətlə əlaqədar keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində cinayət əməlini törədən şəxsin əvvəllər də məhkum olunmuş, iyirmi yaşlı Ləki qəsəbə sakini Əşrəf Əhmədov olduğu müəyyən edilib və o, şübhəli şəxs qismində saxlanılıb.

Araşdırma zamanı saxlanılan şəxsin Abad kəndindəki mağazadan da siqaret, telefon danışıq kartları, pul, eləcə də müxtəlif ərzaq məhsulları oğurladığı və zərərçəkmişə 1063 manat dəyərində maddi ziyan vurduğu məlum olub.

Faktla bağlı Ağdaş Rayon Polis  Şöbəsində cinayət işi başlanılıb.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam