Redaktor seçimi
Fərid Qyıbov Gəncə stadionunda “öz havasını oynayır” –
Gəncə Dövlət Universitetinin rektoru Təhsil nazirinə qarşı:
Adı nurçularla hallanan “Aral Group” şirkətindən şikayət var:
Balakənin “mer”i dövlətin pulun “hərşeyşünas” şirkətə etibar edir -
Mingəcevirin İcra başçısı kütləvi narazılıq yaradır:  Sahibkar “Seyid”in xatirinə -
Anar Nağıyev beş yüz minlik tədbirləri harada keçirib ki, BSU-da heç kimi xəbəri yoxdu -
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
Günün xəbəri

Şəkidə -800 manatlıq viski oğurlayan şəxs saxlanılıb

         

 

Şəki Şəhər Rayon Polis Şöbəsinə şəhər ərazisində yerləşən böyük marketlərin birindən 815 manat dəyərində spirtli içkilərin oğurlanması barədə müraciət daxil olub.

         DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Yenixeber.org-a verilən məlumata görə, daxil olmuş müraciət əsasında keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində cinayət əməlini törətməkdə şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş Hüseynbala Əhmədov saxlanılıb.

         Araşdırma zamanı onun müştəri qismində bir neçə dəfə mağazaya daxil olduğu və bahalı spirtli içkiləri geyimində gizlədərək oradan uzaqlaşdığı məlum olub. H.Əhmədov ifadəsində əməlini etiraf edib və viskiləri oğurladıqdan sonra içdiyini bildirib.

         Həmin mağazadan oğurluq edilməsi obyektin müşahidə kameraları vasitəsilə də görüntülənib.

         Faktla bağlı cinayət işi başlanılıb, əməliyyat-istintaq tədbirləri davam etdirilir.

 

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam