Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Balakəndə mağazalardan oğurluq edən şəxslər saxlanılıb-FOTOLAR

 

 Balakən Rayon Polis Şöbəsinə ayrı-ayrı vaxtlarda rayonun Talalar və Sarıbulaq kəndlərində yerləşən mağazalardan ümumi dəyəri 3500 manat olan müxtəlif ərzaq məhsullarının, siqaret və spirtli içkilərin oğurlanması barədə müraciətlər daxil olub.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan yenixeber.org-a verilən məlumata görə, daxil olmuş müraciətlər əsasında polis əməkdaşları tərəfindən keçirilmiş istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq hadisələrini törədən şəxslər müəyyən edilib. Onların Balakən rayonu Talalar kənd sakinləri, əvvəllər də məhkum olunmuşlar - 24 yaşlı Tofiq Hacıyev , 27 yaşlı Turan Şindiyev və Qazma kənd sakini Murad Əhmədov olduqları məlum olub. Onlar şübhəli şəxs qismində saxlanılaraq Polis Şöbəsinə gətirilib. Araşdırma zamanı həmin şəxslər oğurladıqları siqaret və spirtli içkiləri Tofiq Hacıyevin dostu, rayonun Talalar kənd sakini Tural Zohorovun yaşadığı evdə gizlətdikləri müəyyən olunub. Keçirilmiş tədbirləri davamı olaraq T.Zohorovun da yaşadığı evə baxış keçirilib. Baxış zamanı evdən yuxarıda adları qeyd olunan şəxslər tərəfindən oğurlanan müxtəlif markalı siqaretlər və və dibçəkdə kultivasiya yolu ilə yetişdirilən 3 ədəd narkotik tərkibli çətənə bitkisinin şitilləri aşkar edilərək maddi sübut kimi götürülüb. Tural Zohorov da şübhəli şəxs qismində saxlanılıb.

Faktla bağla Balakən RPŞ-də araşdırma aparılır.

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam