Redaktor seçimi
Saleh Məmmədovun "gözqamaşdıran" biznesi -
Kənd Təsərrüfatı Nazirliyinin rəhbərliyində "soyuq" savaş - Fəda Abbasov Sərvan Cəfərovla Elçin Zeynalova qarşı -
Emin Əmrullayevin menyusuna: Göyçay şəhəri 7№-li orta məktəbin öz qanunları var –
“Veysəloğlu”nun toz basmış vitrinləri…- Şirkətin sahibi Aydın Talıbov kimdir ? -
Goranboy Rayon Mədəniyyət Sektorunda İsax Məmmədov hakimi-mütləqliyi:
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə xatırlatma:
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Günün xəbəri

Bakıda 80 kq narkotiklə tutulan şəxs -20 il müddətinə azadlıqdan məhrum edilib

Bakıda 80 kq narkotiklə tutulan şəxs 20 il müddətinə azadlıqdan məhrum edilib

Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda narkotik vasitə əldə etmə və qaçaqmalçılıqda təqsirləndirilən Qadir Baladadaşov və Səbuhi Həsənovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

Yenixeber.org: Hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü Q.Baladadaşov 20 il və S.Həsənov isə 19 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, bu ilin əvvəlində Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilən tədbir nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən vətəndaş Q.Baladadaşov saxlanılıb.

Onun Binəqədi rayonunda yaşadığı evə baxış zamanı ümumi çəkisi 80 kq-dan artıq narkotik vasitə və psixotrop maddə, o cümlədən 55 kq heroin, 2 kq 700 qram tiryək, 10 kq marixuana, 13 kq psixotrop maddə olan metamfetamin, 500 ədəd narkotik tərkibli satışı qadağan edilən metadon həbləri və 1 ədəd elektron tərəzi götürülüb.

Araşdırma zamanı müəyyən olunub ki, Q.Baladadaşov şəxsiyyəti istintaqa məlum olmayan xarici ölkələrdən birinin vətəndaşı ilə sosial şəbəkələrdə əlaqə yaradaraq külli miqdarda narkotik vasitənin Azərbaycan ərazisinə gətirilməsinə köməklik edib. Daha sonra o, icarəyə götürdüyü avtomobillə narkotik vasitələri Masallı-Yardımlı yolunun kənarında gizlədilən yerdən götürərək Bakı şəhərinə gətirib.

Q.Baladadaşov həmin xarici ölkə vətəndaşının tapşırığı ilə narkotik maddələri Bakı şəhərinin müxtəlif yerlərinə qoymaqla ayrı-ayrı şəxslərə çatdırılmasını və satılmasını təşkil etməli imiş. Bu işdə ona qohumu S.Həsənov da kömək edib.

Hər iki şəxs tutularaq istintaqa təqdim ediliblər.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam