Redaktor seçimi
Gəncə Dövlət Universitetində bitməyən "ŞƏNLİK" -
MÜTDA – BŞTİ qarşıdurması kimin dirijor çubuğu ilə idarə olunur? -
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Günün xəbəri

COVID-19 ilə bağlı şok hesabat:  -Üçüncü Dünya müharibəsi üçün...

COVID-19 ilə bağlı şok hesabat: Üçüncü Dünya müharibəsi üçün…

 

ABŞ kəşfiyyatının COVID-19-la bağlı hesabatı ciddi müzakirəyə səbəb olub.

Yenixeber.org: Çin və koronavirus əlaqələrini araşdıran ABŞ kəşfiyyatının hesabatı ortaya çıxıb.

Hesabatda COVID-19 virusunun bioloji silah kimi hazırlanmadığı nəticəsinə gəlindiyi qeyd edilib.

Bununla belə hesabatda Uhan Viroloji İnstitutundan mümkün sızıntı haqqında da iddialara yer verilib.

Milli Kəşfiyyat Direktorluğu tərəfindən cümə günü yayımlanan hesabatda koronavirusun Uhandakı Viroloji İnstitutundan çıxa biləcəyi qəbul edilir.

Kəşfiyyat hesabatında Çinin araşdırmanı əngəllədiyi və ABŞ-ı günahlandırdığı üçün virusun kökünün əsla bilinməyəcəyinə işarə olunub.

Daha əvvəl ABŞ Dövlət Departamenti tərəfindən əldə edilən informasiyalara görə çinli elm adamları son altı ildir ki, koronavirus daxil bioloji və genetik silahlar üzərində araşdırma aparır.

2015-ci ildən bu yana SARS koronavirusunun hərbi potensialını qiymətləndirən rəsmi Pekin bu proyekti mümkün “Üçüncü Dünya müharibəsi” ssenarisi üçün hazır saxlayırdı. Qeydlərdə bu projenin müharibə durumunda “qələbənin təməl silahı” kimi adlandırılır.

Məlumat üçün qeyd edək ki, 2019-cu ilin son aylarında Uhanda ortaya çıxan koronaviorus hazırda dünyanın bir nömrəli problemidir və bu bəla səbəbindən 5 milyon insan vəfat edib./teleqraf/


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam