Redaktor seçimi
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Firdovsi Əliyevin başçı olduğu rayonda dövlətin pulu belə xərclənir -
Günün xəbəri

POMPEONUN ÇİN ƏLEYHİNƏ İDDİASI: ABŞ kəşfiyyatı dövlət katibinin iddiasına əks-rəy söyləyir

“Reuters, 03.05.2020

 

Dövlət katibi Mayk Pompeo Bazar günü yeni koronavirusun Çin laboratoriyasında meydana gəldiyinə dair “əhəmiyyətli bir dəlil” olduğunu söyləyib. Ancaq ABŞ xüsusi xidmət orqanlarının virusun insan icadı olmadığı qənaəti ilə mübahisəyə girməyib.

Yenixeber.org: Pompeo deyib: “Bunun Uhandakı laboratoriyadan gəldiyinə dair çox sayda dəlil var”.

Dövlət katibi “ABC”-nin “Bu həftə” proqramında çıxış edərək, Çində keçən ilin sonlarında ortaya çıxan və dünyada təxminən 240.000, o cümlədən ABŞ-da 67.000 insanın ölümünə səbəb olmuş virusun mənşəyi haqqında rəyini bölüşüb.

Daha sonra Pompeo ABŞ-ın ən yaxşı casus agentliyinin virusun insan tərəfindən hazırlanmadığına və ya genetik olaraq dəyişdirilmədiyinə dair açıqlamasını inkar edib.

Həmin açıqlama Çin hökumətinin COVID-19-u bioloji silah laboratoriyasında inkişaf etdirilməsini iddia edən anti-Çin fəalları və prezident Donald Trampın bəzi tərəfdarlarının sui-qəsd nəzəriyyələrini alt-üst edir.

“Ən yaxşı mütəxəssislər virusun insan tərəfindən yaradıldığını düşünürlər. İndiki məqamda bunu inkar etməyə heç bir səbəbim yoxdur”, – Pompeo müsahibəsndə bildirib.

Proqram aparıcısı bunun ABŞ kəşfiyyat orqanlarının rəyi ilə üst-üstə düşmədiyini xatırlatdıqda, Pompeo deyib: “Kəşfiyyat birliyinin dediklərini bilirəm. Onların səhv etdiyinə inanmaq üçün əsasım yoxdur”.

Dövlət Departamenti Pompeonun açıqlamalarına dair aydınlaşdırma tələbinə cavab verməyib.

Çinin “Global Times” qəzeti, hakim Kommunist Partiyasının rəsmi “People Daily” qəzeti Pompeonun Bazar günü səslənmiş açıqlamalarına redaksiya məqaləsi ilə cavab verib.

Həmin məqalələrdə virusun Uhandakı laboratoriyadan yayıldığına dair heç bir dəlil olmadığı və Pompeonun Birləşmiş Millətlər Təşkilatına üzv dövlətlərə səslənərkən, dəlil təqdim etmədən “blef etdiyi” vurğulanıb.

“Tramp administasiyası COVID-19 pandemiyası ilə mübarizədə qlobal səylərə mane olmağa çalışarkən, misli görünməmiş təbliğat müharibəsi aparmağa davam edir”, – deyə məqalədə qeyd olunub.

Milli Kəşfiyyat Agentliy direktoru ötən Cümə axşamı günü verdiyi hesabatda xəstəliyin insan tərəfindən yaradılmadığına dair “geniş elmi konsensus”la eyni rəydə olduğunu bildirib.

Kəşfiyyat hesabatı və təhlili ilə tanış olan ABŞ rəsmiləri həftələr boyu Çin alimlərinin koronavirusun dövlət bioloji silah laboratoriyasında inkişaf etdirdiyinə və dünyaya yaydığına inanmadığını söyləyiblər.

Əksinə, onlar bildiriblər ki, yoluxmanın ya Uhan şəhərinin mərkəzindəki ət bazarında vəhşi təbiətlə insanın təması nəticəsində baş verməsi, ya da Uhandakı laboratoriyaların birində mümkün bioloji təhlükələrə dair mülki araşdırma aparılarkən, diqqətsizlikdən yayıldığına inanırlar.

Cümə axşamı Pompeonun özü deyib ki, virusun konkret olaraq Uhan Viroloji İnstitutundan, ət bazarından və ya başqa bir yerdən yayıldığını bilmir.

Eyni gündə Tramp yoluxmanın Çinin virusoloji laboratoriyasında baş verə biləcəyinə inandığını söyləyib, ancaq dəlil göstərmək və ya izah verməkdən yayınıb.

Tərcümə: Strateq.az


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam