Redaktor seçimi
Sahib Məmmədov Araz Paşayevi niyə və necə “xərclədi” ?! -
 QHT-lərə Dövlət Dəstəyi Agentliyindən daha bir qrant hədiyyəsi... -  
Saleh Məmmədovun müsahibi Müseyib Həmzəyevin 650 minlik avtomobili -
Gəncə Dövlət Universitetində özbaşınalıqlara son qoyulsun! –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində BAŞ SAYMAQLA, BAŞ QATILIR!: Dövlətin pulu belə “YEYİLİR” –
Mingəçevirin icra başçısını Ramiz Mehdiyevin yaxın adamı ilə nə bağlayır(?)! -
Faiq Qürbətov dövlətin pulun könül istəyi ilə xərcləməkdə davam edir:
AAYDA qohumbazlığın girovluğunda: Həmzəyevlər faktorunun püskürdüyü zəhər –
Günün xəbəri

"Koronavirus Çindəki tədqiqat obyektindən sızıb" -ABŞ-ın Respublikaçılar Partiyası hesabat yaydı

Yetərincə dəlil COVID-19 pandemiyasına səbəb olmuş virusun Çində tədqiqat obyektindən sızdığını göstərir. 

Yenixeber.org: ABŞ-da respublikaçılar bazar ertəsi – avqustun 2-də bu haqda hesabat yayıblar. Bu haqda yazan “Reuters” agentliyi isə ABŞ kəşfiyyat agentlikləri belə bir qənaətə gəlmədiyini qeyd edir.

Hesabatda çoxlu dəlilə istinadla deyilir ki, Vuhan Virusologiya İnstitutunun alimləri ABŞ və Çin ekspertlərinin köməyi və ABŞ hökumətinin vəsaitilə koronavirusları insanı yoluxdurmaq üçün modifikasiya etməyə çalışıblar və belə bir manipulyasiya gizlədilə bilərdi.

Hesabatı Nümayəndələr Palatasının Xarici İşlər Komitəsinin aparıcı respublikaçı üzvü Mayk Makkol açıqlayıb. Sənəddə COVID-19 pandemiyasının mənşəyi üzrə hər iki partiyanın iştirakıyla araşdırma aparmaq çağırışı yer alıb. İndiyədək pandemiya dünyada 4.4 milyon nəfərin ölümünə səbəb olub.

Çin genetikası dəyişdirilmiş koronavirusun Vuhandakı obyektdən sızdırılması versiyasını rədd edir. Bəzi ekspertlər bu təsdiqlənməmiş nəzəriyyəyə inanırlar. Pekin isə nəyisə ört-basdır etməsilə bağlı iddiaları təkzib edir.

COVID-19-a ilk yoluxmalar 2019-cu ilin sonunda məhz Vuhanda aşkarlanıb. Bir qisim ekspertlərin fikrincə isə pandemiyaya Vuhanda dəniz məhsulları satılan bazarda heyvan virusunun insanlara keçməsi səbəb olub.

“Diri heyvan bazarının pandemiyanın mənşəyi kimi tamamilə kənara atılmasının vaxtının çatdığına inanırıq. Eyni zamanda inanırıq ki, daha çox dəlil virusun Vuhan Virusologiya İnstitutundan, həm də 2019-cu il sentyabrın 12-dək sızdığını göstərir”, – hesabatda deyilir.

Hesabatda laboratoriyada təhlükəsizlik qaydalarına dair yeni, indiyədək tam işıqlandırılmamış informasiyaya istinad olunur. Məsələn, 2019-cu ilin iyulunda obyektdə təhlükəli vəziyyətdə olan tullantıların emalı sisteminin təmiri üçün 1.5 milyon dollar istənilib. Onda obyekt heç iki il deyildi istismarda idi.

Apreldə isə ABŞ-ın baş kəşfiyyat agentliyi virusun insan tərəfindən hazırlanmadığı, genetikasının dəyişdirilmədiyi haqda elmi qənaətlə razılaşdığını açıqlayıb. Bununla belə, Prezident Co Bayden mayda ölkənin kəşfiyyat agentliklərinə göstəriş verdi ki, virusun mənşəyi üzrə təhqiqatı sürətləndirsinlər, 90 gün ərzində məruzə hazırlasınlar.

Amma mövcud kəşfiyyat dəyərləndirmələri ilə tanış mənbənin agentliyə deməsinə görə, ölkənin kəşfiyyat cameəsi virusun heyvanlardan keçməsi, yaxud laboratoriyadan sızmasına dair hələlik bir qənaətə gəlməyib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam