Redaktor seçimi
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Müəllim-sahibkardan prezidentə müraciət:
"Bilgəh" Kardioloji Sanatoriyası kütləvi etiraz yaradır -
Günün xəbəri

Zaqatalada sərxoş vəziyyətdə obyektdən oğurluq edən şəxs saxlanılıb

 

Zaqatalada şəhər ərazisində yerləşən mağazadan 1500 manat pul, 2500 manat dəyərində müxtəlif tütün məmulatları və enerji içkiləri, eləcə də texniki avadanlıqlar oğurlanıb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Yenixeber.org-a verilən məlumata görə, baş vermiş oğurluq hadisəsi ilə əlaqədar Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən Yuxarı Çardaqlar kənd sakini Tamerlan Abdullayev tutularaq istintaqa təhvil verilib.

Saxlanılan şəxs ifadəsində törətdiyi cinayət əməlini etiraf edib və həmin an sərxoş vəziyyətdə olduğunu bildirib. Oğurladıqlarını isə yaşadığı çoxmənzilli binanın həyətindəki yardımçı tikilidə gizlətdiyini qeyd edib.

 

Faktla bağlı cinayət işi başlanılıb, zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam