Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Aygün Əliyevanın Prezidentin sabiq mətbuat katibinə “dostluq sədaqəti” –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində Şeyx Nəsrullah ruhu:
Yusif Yusibovu Ramiz Mehdiyevlə nə bağlayır(?)! –
    QHT-lərə Dövlət Dəstəyi Agentliyindən növbəti saxtakarlıq – 
Günün xəbəri

Hacıqabulda -oğurluq edən rayon sakini saxlanılıb

Hacıqabulda oğurluq edən rayon sakini saxlanılıb
Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində oğurluq edən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan Yenixeber.org-a verilən məlumata görə, şöbə əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri ilə rayonun Muğan qəsəbəsində yerləşən evlərin birindən 2500 manat pul və 300 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən rayon sakini, əvvəllər məhkum olunmuş Elməddin Bayramov saxlanılıb.

Həmin şəxsin ətrafında aparılan əməliyyat tədbirləri nəticəsində onun rayon ərazisində yerləşən daha bir evdən 2000 manat pul və 400 manat dəyərində qızıl-zinət əşyaları oğurlaması da müəyyən edilib.

Dindirilmə zamanı E.Bayramov törətdiyi oğurluq hadisələrini etiraf edib.

Faktla əlaqədar Hacıqabul RPŞ-nin İstintaq Bölməsində cinayət işi açılıb. Onun digər analoji hadisələrdə iştirakının olub-olmaması araşdırılır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam