Redaktor seçimi
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Müəllim-sahibkardan prezidentə müraciət:
"Bilgəh" Kardioloji Sanatoriyası kütləvi etiraz yaradır -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Günün xəbəri

Bəşər Əsədin əmisinə 4 illik həbs cəzası verildi-SƏBƏB

Suriyanın sabiq vitse-prezidenti, Bəşər Əsədin əmisi Rifət əl Əsəd barəsində həbs qərarı Paris Apelyasiya Məhkəməsi tərəfindən qüvvədə saxlanılıb.

Yenixeber.org: Bu barədə xarici KİV-lər xəbər verir. Ötən ilin iyun ayında Paris məhkəməsi R.Əsədi çirkli pul yuyulması, dövlət vəsaitlərini dağıtmaq, daşınmaz əmlakla qanunsuz əməliyyatlar aparmaq ittihamları ilə 4 illik həbs cəzasına məhkum edib. 84 yaşlı R.Əsəd dekabr ayından daxili qanaxma diaqnozu ilə xəstəxanada yatdığına görə məhkəməyə gəlməyib.

Qeyd edək ki, 1984-cü ildə o zaman ölkə prezidenti olmuş qardaşı Hafiz əl Əsədə qarşı təşkil etdiyi çevriliş cəhdi yatırıldığından, o, Suriyanı tərk edib. Fransada və İspaniyada xeyli daşınmaz əmlaka sahib olan R.Əsəd 2014-cü ildən Fransada istintaq altında olub.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam