Redaktor seçimi
Gəncə Dövlət Universitetində bitməyən "ŞƏNLİK" -
MÜTDA – BŞTİ qarşıdurması kimin dirijor çubuğu ilə idarə olunur? -
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Günün xəbəri

Məhərrəmlikdə kimlər toy edir? -“O cür insanları tanımaq istəmirəm“

Məhərrəmlikdə kimlər toy edir?  - “O cür insanları tanımaq istəmirəm“

Məhərrəm ayı olmasına baxmayaraq, son 2 gündə Bakıda və ölkənin digər bölgələrində 100-ə yaxın toy şənliyi keçirilib. Əvvəlki illərlə müqayisədə bu statistika təəccüb doğurur.

Yenixeber.org: Məhərrəm ayında toylara ara verilməməsinə səbəbi nədir? Azərbaycanda Məhərrəmlik üçün xas olan ayinlərə qarşı etinasızlıq yaranıb, yoxsa, insanlar yeni qapanmanın olacağından narahatdırlar?

Sabiq deputatı, Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri Mirmahmud Mirəlioğlu son günlərin aktual mövzusu haqqında Yenisabah.az-a danışıb. O, bu məsələnin hər kəsin şəxsi düşüncəsindən asılı olduğunu qeyd edib:

“Bu özəl məsələdir. Azərbaycanın müxtəlif inanclı, müxtəlif milli mənsubiyyətə aid vətəndaşları var. Biz xristianlardan və ya başqa dini inanclı insanlardan tələb edə bilmərik ki, toy keçirməyin. Bizim millətimizin içində də həmin günlərdə toy edənlər olur. Mən şəxsən özüm 70-ci illərdə Aşura günü gəlin gətirilməsinin şahidi olmuşam. Bu sadəcə inanc və düşüncə məsələsidir. Kimlərsə toy edər, kimlərsə etməz. Hər kəs bir-birinin şəxsi inancına hörmətlə yanaşmalıdır”.

M.Mirəlioğlu toylara dəvət alıb-almaması haqqında da danışıb:

“Mən bu günə qədər  Məhərrəm ayında 100-ə yaxın toyun keçirilməsini görməmişdim. Bu il bir ilkdir. Lakin mən dəvət almamışam. İnanmıram ki, mənim tanıdığım insanlar və ya məni tanıyanlar Məhərrəm ayında məni toya dəvət etsinlər. O, cür insanlar tanımıram, tanımaq isdəmirəm”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam