Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

“AXCP-də bəziləri yalnız sosial şəbəkədə qəhrəmandırlar”

Mirmahmud Mirəlioğlu: “AXCP-də bəziləri yalnız sosial şəbəkədə qəhrəmandırlar”

 

 

Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri Mirmahmud Mirəlioğlu Azərbaycan Xalq Cəbhəsi Partiyasının bəzi funksionerlərini ““Facebook” qəhrəmanları” adlandırıb.
Xeberinfo.com:  M. Mirəlioğlu APA-ya açıqlamasında  AXCP Gənclər Komitəsinin sədri İlham Hüseynin “Anti-böhran koalisiyası” haqqında fikirlərinə ciddi yanaşmadığını qeyd edib: “Özünə hörmət edən adam belə danışmaz. Bunlar uşaq söhbətidir. Bu adamlar yalnız sosial şəbəkədə qəhrəmandırlar”.
 
Qeyd edək ki, İ. Hüseyn koalisiyanın AXCP-yə görüş üçün müraciətini qəbul etmədiklərini deyərək, fəaliyyətini böhranlı olan adamların “Anti-böhran koalisiyası” yaratmasının gülünc olduğunu vurğulayıb.
 
Xatırladaq ki, bəzi müxalifət partiyalarının iştirakı ilə yaradılan “Anti-böhran koalisiyası” Müsavat və AXCP-yə müraciət edib. Məqsəd bu partiyaların iştirakı ilə dəyirmi masa təşkil etməkdir.
 
Koalisiyaya Böyük Azərbaycan, (BAP), Klassik Xalq Cəbhəsi (KXCP), Azadlıq, “Gələcək Azərbaycan”, Milli Konqres MKP), Azərbaycan Liberal Demokrat (ALDP), Azərbaycan Xalq (AXP), Aydınlar, Ümid, Dünyəvi Bozqurd, Vətəndaş və İnkişaf (VİP) partiyaları, “AĞ Blok” və digər partiyalar daxil olub. ADP isə yeni yaradılmış koalisiyada müşahidəçi kimi iştirak edir.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam