Redaktor seçimi
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Təhməzlilərin "6-cı mərtəbə"sində çirlki pullar belə yuyulur -
Səbzəliyev qardaşlarının “Sobsan” boya fabriki ekoloji fəlakət yaradır-
Heydərovların “London macərası” başa çatdı – 
Qadının evini başına uçuran “Melissa Group” tikinti şirkəti kimindir? -
Deputatlığa namizəd olmuş “Emil Daymond” kimi tanınan Emil Məmmədov əslində kimdir? -
Günün xəbəri

Ukraynalı deputat -Oxçuçayla bağlı dünya ictimaiyyətinə çağırış edib

Ukraynalı deputat Oxçuçayla bağlı dünya ictimaiyyətinə çağırış edib

"Ukrayna Ali Radasının Ekoloji siyasət və təbiətdən istifadə komitəsinin üzvü kimi, su hövzələrinin kimyəvi və sənaye tullantıları ilə çirklənməsi halları məni narahat edir. Ona görə də Oxçuçay çayındakı vəziyyətlə bağlı xəbərlər diqqətimi çəkdi".

Yenixeber.org: Bu fikirləri Ukrayna Ali Radasının Ekoloji siyasət və təbiətdən istifadə komitəsinin üzvü, xalq deputatı Pavel Bakunets bildirib.

O, vəziyyəti təfərrüatlı şəkildə şərh etmək üçün kifayət qədər məlumata sahib olmamasından təəssüfləndiyini söyləyib: "Bu mövzuda müvafiq hökumət komissiyalarının, ətraf mühitin qorunması üzrə təşkilatların, eləcə də alimlərin yekun rəylərini görmək istərdim. Anlamaq lazımdır ki, ətraf mühit hansısa özəl şirkətlərə, hətta ölkələrə aid deyil, bütün planetimizin mülküdür. Bu səbəbdən də təbiət və ekologiyanın da ölkələr arasındakı siyasi qarşıdurmaların bir hissəsinə çevrilməsi xüsusilə xoşagəlməzdir. Əminəm ki, Oxçuçay çayında baş verə biləcək ekoloji fəlakət bunun qarşısını ala bilmək iqtidarında olan, amma bunu etməyən hər kəs üçün ortaq məsuliyyətdir. Ona görə də beynəlxalq ictimaiyyəti bu hala diqqət yetirməyə və bunun səbəblərini ətraflı araşdırmağa çağırıram".


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam