Redaktor seçimi
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Təhməzlilərin "6-cı mərtəbə"sində çirlki pullar belə yuyulur -
Səbzəliyev qardaşlarının “Sobsan” boya fabriki ekoloji fəlakət yaradır-
Heydərovların “London macərası” başa çatdı – 
Qadının evini başına uçuran “Melissa Group” tikinti şirkəti kimindir? -
Deputatlığa namizəd olmuş “Emil Daymond” kimi tanınan Emil Məmmədov əslində kimdir? -
Günün xəbəri

Dövlət ekoloji ekspertizasını - bu QURUM həyata keçirəcək

 

Nazirlər Kabineti “Dövlət ekoloji ekspertizasını həyata keçirən Ekspert Komissiyası haqqında Əsasnamə”ni təsdiq edib.

Yenixeber.org: Trend bildirir ki, bu əsasnaməyə əsasən, Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən təşkil olunan Ekspert Komissiyası səlahiyyətləri ekoloji ekspertiza obyektlərinin ekoloji təhlükəsizlik səviyyəsini və ətraf mühitə potensial mənfi təsirini tam, hərtərəfli və elmi əsaslandırılmış təhlil əsasında qiymətləndirmək, ətraf mühitə bilavasitə və ya dolayısilə mənfi təsir göstərə biləcək qərarların qəbul edilməsinin qarşısını almaq, ekoloji ekspertiza obyektlərinin ətraf mühitin mühafizəsi və təbii ehtiyatlardan istifadə sahəsində normativ hüquqi aktlara uyğunluğunu müəyyən etmək, ətraf mühitin mühafizəsi üzrə tədbirlərin səmərəliliyini, dolğunluğunu və tamlığını qiymətləndirmək və onların ekoloji tələblərə uyğunluğunu müəyyən etmək, ekoloji ekspertiza obyektlərinin ətraf mühitə potensial təsiri və onun nəticələri barədə maraqlı şəxsləri məlumatlandırmaq, ekoloji ekspertiza obyektləri üzrə layihələrin həyata keçirilməsinin mümkün olub-olmaması və ətraf mühitə təsirin yol verilə bilən həddi barədə əsaslandırılmış rəy hazırlamaqdır.

Ekspert Komissiyasının tərkibinə Nazirliyin nümayəndələri ilə yanaşı, aidiyyəti dövlət orqanlarının (qurumlarının) nümayəndələri də daxil edilirlər. Ekspert Komissiyasının işinə elmi müəssisələrin, qeyri-hökumət təşkilatlarının, kütləvi informasiya vasitələrinin, vətəndaşların təşəbbüs qruplarının və bələdiyyələrin məhəllə komitələrinin nümayəndələri və müvafiq sahə üzrə müqavilə əsasında ekspertlər cəlb oluna bilər.

 

 

Ekspert Komissiyasının fəaliyyətinə ekspertlərin cəlb edilməsi ekoloji ekspertiza obyektinə dair layihənin xüsusiyyətindən asılı olaraq, Nazirliyin rəsmi internet səhifəsində elan edilən müsabiqə yolu ilə həyata keçirilir. Ekoloji ekspertiza obyektlərinin realizəsi zamanı onların transsərhəd təsiri müəyyən edildikdə, Nazirlik Ekspert Komissiya-sının fəaliyyətinə Azərbaycan Xarici İşlər Nazirliyi ilə razılaşdırmaqla, maraqlı ölkələrin mütəxəssislərini və beynəlxalq ekspertləri cəlb edir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam