Redaktor seçimi
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Müəllim-sahibkardan prezidentə müraciət:
"Bilgəh" Kardioloji Sanatoriyası kütləvi etiraz yaradır -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Günün xəbəri

Nəşi tapılan hərbçimiz sabah dəfn ediləcək -FOTOLAR

Azərbaycan Ordusunun Vətən müharibəsində şəhid olan hərbi qulluqçusu Həsrətov Elməddin Sərdar oğlu sabah Goranboy rayonunda dəfn ediləcək.

Yenixeber.org: Şəhid iyunun 27-də rayonun Qarasuçu kənd qəbiristanlığında torpağa tapşırılacaq.

Qeyd edək ki, E.Həsrətov 1997-ci il may ayının 27-də Goranboyun Qarasuçu kəndində dünyaya gəlib. Azərbaycan Ordusunda müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi xidmət edib.

O, 2020-ci ilin 27 sentyabrından Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində iştirak edib. Döyüşlərin ilk günlərində ailəsi ilə əlaqə saxlayıb. Sonrakı müddətdə onunla əlaqə saxlamaq mümkün olmayıb. E.Həsrətov Murovdağ istiqamətində gedən döyüşlərdə itkin düşüb.

O, subay idi.

Allah rəhmət etsin!


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam