Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Günün xəbəri

Bu ölkə Avropada bütün karantin məhdudiyyətlərini ləğv edən ilk ölkə oldu

 

İslandiya Avropada bütün karantin məhdudiyyətlərini ləğv edən ilk ölkə oldu
İslandiya koronavirusla bağlı tətbiq etdiyi bütün məhdudiyyətləri ləğv edən, hətta maskalardan və sosial məsafə tələbindən imtina edən ilk Avropa ölkəsi olacaq.
Yenixeber.org: Bu barədə "Daily Mail" məlumat yayıb.

Beləliklə, bu ada ölkəsi baş epidemioloq Torolfur Qunasonun tövsiyələrinə uyğun olaraq şənbə günü gecə yarısı bütün daxili karantin məhdudiyyətlərini ləğv edəcək. Qunason İslandiyanın bir daha koronavirusla mübarizə üçün sərt tədbirlər görməyəcəyinə ümid etdiyini bildirib.

İslandiyanın koronavirusla bağlı olaraq gördüyü tədbirlər arasında 300 nəfərədək kütləvi toplantılarda məhdudiyyətlər, müəyyən fəaliyyətlər üçün məcburi maskalardan istifadə və 1 metr sosial məsafənin saxlanması kimi şərtlər var.

Ölkənin Səhiyyə naziri Svandis Svavarsdottir bu mövzuda açıqlama verərək deyib ki, əvvəlki aktiv cəmiyyəti bərpa edirlər. Svavarsdottir İslandiyanın Avropada bütün koronavirus məhdudiyyətlərini ləğv edən ilk ölkə olacağını söyləyib.

Qeyd edək ki, iyulun 1-dən etibarən COVID-19 peyvənd sertifikatı olan səyahətçilərin artıq İslandiya sərhədlərində test verməyəcəklər.
İslandiyalıların 87 faizi birinci vaksin dozasını vurdurub. Hökumət Bunun Avropa ölkələr arasında ən yüksək göstərici olmasını iddia edir. Ölkədə cəmi 386,715 doza peyvənd tətbiq edilib. 258,852 sakin isə birinci dozanı qəbul edib. Tam şəkildə peyvənd olunanların sayı 177,540 nəfərdir. Hazırda 360.000 nəfərlik bir ölkədə infeksiya nisbəti 100.000 əhaliyə yalnız 1.6-dır.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam