Redaktor seçimi
QHT Agentliyinin “Məlahətli Ana” seçimi -
Fuad Nəcəfli və Samiq Sadıxov cütlüyünün görünməyən əməlləri -
111№-li məktəbin 1№-li problemi:
Məmur QHT-si, dövlət qrantı və korrupsiya: Agentlik kimi qoruyur?-
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurması yenidən başladı: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini kofe aparatlarında "əridir" -
Qrant layihələri vaxtı bitən kampaniyalar kimi...-
“Azergold”da növbəti tender müəmması -
Günün xəbəri

Bu ölkədə iki həftəlik karantin tətbiq ediləcək

 

Qazaxıstan Nazirlər Kabineti koronavirusla bağlı iyulun 5-dən etibarən 14 günlük karantin tətbiq etmək planını təqdim edib.

Yenixeber.org: “Khabar 24” xəbər verir ki, bu barədə ölkə prezidenti Kasım-Jomart Tokayev “Twitter”dəki hesabında bildirib.

Qeyd olunub ki, ölkədə karantin müddəti uzadıla bilər. Sabah İdarələrarası Komissiyanın iclasından sonra səhiyyə nazirinin izahatı dinləniləcək.

Qeyd edək ki, Qazaxıstanda koronavirusla bağlı 16 mart-11 may ərzində fövqəladə vəziyyət tətbiq edilmişdi. Hazırda ayrı-ayrı bölgələrdə karantin məhdudiyyətləri qüvvədə olsa da, son günlər vəziyyətin kəskinləşməsi üzündən məhdudiyyətlər artırılıb.

İndiyədək 41 065 nəfərin koronavirusa yoluxduğu Qazaxıstanda 188 nəfər ölüb, 13 614 nəfər isə sağalıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam