Redaktor seçimi
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
Həmkarlar İttifaqında qərar verən əsas güc- NİGAR VAHABZADƏ KİMDİR?-
GENERAL MEHDİYEV - GÖMRÜKDƏN BİZNESƏ... - DGK-nın keçmiş şefi necə “uğurlu biznesmen” oldu? +
Fuad Muradovun "adamı" Azərbaycanı "diktatura rejimi" adlandırdı -
Bakını "Qəzza zolağına çevirən" kimlərdir(?)!: “Şamaxılı Cavid”ə "DUR" deyin...-
Günün xəbəri

Azərbaycanda ilk dəfə -sürücü hüquqlarını qorumaq üçün xidmət yaradılıb

Azərbaycanda ilk dəfə sürücü hüquqlarını qorumaq üçün xidmət yaradılıb

Azərbaycanda ilk dəfə hüquq mərkəzi sürücü hüquqlarını qorumaq üçün xüsusi xidmət yaradıb.

Yenixeber.org: “Norma” Hüquq Mərkəzinin yaratdığı xidmətə əsasən, sürücülər rastlaşdıqları bütün hüquqi problemlərlə bağlı şirkətdən limitsiz məsləhət ala bilirlər. Protokol və qərardan şikayət edilməsi, sığorta ödənişlərinin alınması ilə bağlı yaranmış problemlər, sürücünün maşınla bağlı ortaya çıxan hüquqi məsələləri də bu xidmət vasitəsilə həll edilir.

“Norma” şirkəti sürücülərə sərfəli qiymətlərlə paketlər təklif edir.

Sürücülərə təklif olunan “Standart” paketin qiyməti cəmi 24 manatdır. Paketin 1 illik olduğunu nəzərə alsaq, aya cəmi 2 manat xidmət haqqı düşür. İstənilən hüquqşünasdan bir məsləhəti almağın qiyməti isə 30 manatdan başlayır.

“Standart” paketin istifadəçiləri 1 il müddətinə sürücü hüquqları, yol hərəkəti qaydaları, inzibati və cinayət qanunvericiliyi haqda fasiləsiz məsləhət ala biləcəklər. Sürücülər qayda pozuntuları, cərimələr barədə protokolların hüquqi analizi, icbari sığortada tərəflərin məsuliyyəti və sığorta ödənişlərinin alınması qaydaları barədə də məsləhətlər ala bilər.

“Gold” paketi alanlar isə 1 il müddətində 49 manat ödəməklə “Standart” paketdəki xidmətlərdən əlavə, ərizələrin, şikayətlərin və müraciətlərin hazırlanması, qəzadan sonra sığorta ödənişlərinin alınması üçün yazışmaların aparılması, məhkəmə və digər qurumlara şikayət ərizəsinin yazılması kimi xidmətlərdən faydalana bilər.

“Premium” paket istifadəçiləri isə illik 99 manat ödəməklə “Standart” və “Gold” paketdə nəzərdə tutulan xidmətlərdən əlavə, yol-nəqliyyat hadisəsi zamanı təqsirləndirilən və ya zərərçəkən şəxs qismində tanındıqda hüquqlarının ibtidai istintaq zamanı peşəkar vəkil tərəfindən qorunmalarını da qarantiyalayırlar.

“Norma” Hüquq Mərkəzi fiziki və hüquqi şəxslərə başqa hüquqi xidmətlər də təqdim edir. Bu xidmətlərə ailə, vergi, gömrük, əmlak hüququ ilə bağlı bütün prosedurların həyata keçirilməsi, cinayət hadisələri zamanı vəkillə təmin etmə, həmçinin, iddia və şikayət ərizələrinin hazırlanması daxildir.

Xidmətin üstünlüklərindən biri də 24 saat fasiləsiz və online olmasıdır. Xidmətdən istifadə etmək üçün www.norma.az saytına daxil olub, qeydiyyatdan keçmək və ya *0005 qaynar xəttinə zəng etmək lazımdır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam