Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Bunu edən sürücülər cərimələnə bilər- Azərbaycanda

 Azərbaycanda avtomobillərə qaz avadanlıqlarının quraşdırılması kütləvi şəkildə yayılıb

Yenixeber.org: Yanacaq puluna qənaət etmək məqsədi ilə ölkəmizdə sürücülər avtomobilə qaz avadanlığı quraşdırır. Qanunvericiliyə görə, bu dəyişikliyi mütləq avtomobilin texniki pasportunda göstərmək lazımdır. Əks halda bunu edən sürücü cərimlənə bilər.
Yaxşı olar ki, sürücülər bu avadanlığı quraşdırmadan əvvəl Dövlət Yol Polisinin Elmi tədqiqat laboratosiyasına müraciət edib, müsbət cavab alsın və bu sistemi quraşdırdıqdan sonra 20 manat texniki baxış və 17 manat texniki pasportu dəyişmək üçün olan rüsümu ödəyərək təkrar qeydiyyatı həyata keçirsin. Amma əgər lazimi sənədlər varsa, bu prosesi avadanlıq quraşdırıldıqdan sonra da etmək mümkündür. Bunun üçün isə avadanlığı quraşdıran şəxs sürücüyə sertifikat və arayış verməlidir.
Qaz avadanlığını quraşdıran şirkət sürücüyə ümumilikdə 5 sənəd təqdim edə bilər ki, bunun 3-ü vacibdir.
Bundan başqa, sürücü quraşdırılan avadanlıq və işi görənin peşəkarlıq sertifikatını da tələb edə bilər.
Qeyd edək ki, avadanlığı quraşdıraraq sənədə dəyişiklik etməyən sürücünün maşını illik texniki baxışdan keçirilmir. /xezerxeber.az

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam