Redaktor seçimi
Kosmetoloq İradə Məmmədovadan YENİ XƏBƏR:
Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! - müəmmalı 3000 manat, liftin qırılması və ...+
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ŞOK KORRUPSİYA:
Yardımlının “mer”i dövlət büdcəsini yardım fondu bilir –
Əziz Əzizov dövlətin pulun belə “ƏZİZləyir” – 
Dördmərtəbəli evin beşinci mərtəbəsi –  Elşad Həsənov "romantikası"nın səbəbi nə? /  
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının "ŞOK" yaradan tenderləri…-
İlqar Abbasov Bələdiyyə sədri postunu satıb?! -
Günün xəbəri

Maşın sürmək ÇƏTİNLƏŞİR– Yol hərəkəti qaydaları SƏRTLƏŞDİRİLDİ

Maşın sürmək ÇƏTİNLƏŞİR – Yol hərəkəti qaydaları SƏRTLƏŞDİRİLDİ

Türkiyədə yol hərəkəti qaydaları sərtləşdirilib. Bu barədə “Resmi Gazete”də dərc olunan qərarda deyilir.

 

Yenixeber.org: Ötən gün ölkə parlamenti yol hərəkəti qaydalarının sərtləşdirilməsini nəzərdə tutan qaydaları təsdiq edib.

Yeni qaydalara əsasən, işıqforun qızmızı işığında yolu keçən sürücü bu əməli birinci dəfə törətdikdə 30 gün, ikinci qanun pozuntusuna görə 45 gün, üçüncu dəfə təkrar edərsə, 60 gün sürücülük hüququndan məhrum ediləcək.

Eyni zamanda, sürət həddi müəyyən olunmuş yollarda sürət həddini 10-30 km/saat aşmaya görə 235, 30-50 km/s - 488, 50 km/s-dən yuxarı isə 1002 lirə cərimə tətbiq olunacaq.

Bundan başqa, əgər sürücü bir il ərzində beş dəfədən çox sürət həddinin aşılmasına görə cərimə olunarsa, onun avtomobili idarə etməsinə bir il qadağa qoyulacaq.

“Drift”ə görə də cəzalar artırılıb. Belə ki, “drift"ə yol verən sürücünün avtomobili 60 gün müddətində cərimə meydançasında saxlanacaq, sürücü isə 5000 lirə cərimə olunacaq. Eyni əməl təkrar edilərsə, sürücülük vəsiqəsi birdəfəlik ləğv ediləcək.

Piyadalara yol verməyən sürücülər 235 lirə cərimə olunacaqlar. Bundan əvvəl həmin cəza 108 lirə idi. Məktəblərin yaxınlığında piyadalara yol verməyən sürücülər isə 488 lirə cərimə olunacaqlar.

Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankının açıqladığı son valyuta məzənnəsinə görə, 1 türk lirəsi 0,3042 manat təşkil edir. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam