Redaktor seçimi
"MedEra" Hospitalın həkimi Musa Kılıçın diplomu saxtadır?! -
İcra başçısı Adil Vəliyevin “vunderkind” oğlu: 
Vilayət Vəliyev Dövlət Universitetinə miras kimi baxır(?)! -
Eldar Əzizov Ramin Abdullayevin “qara kassasını” yenidən “diriltdi” -
Sumqayıtlı müəllimlərin əmək haqları kəsilir?! – 
Mingəçevir Təhsil sektorunun müdirini nazir müavini ilə nə bağlayır?!:  Sevinc Həsənova məsul şəxslər barədə kompramat toplayır -
TƏCİLİ! "Landmark Baku"da çalışan diplomatları iranlı qızlarla görüşdürüb çəkdirən iş adamının adı məlum oldu —
AzTU-nun rektoru Vilayət Vəliyevə "DUR" deyən tapılacaqmı?! -
Günün xəbəri

Marketlərdə bizi belə aldadırlar -"Bunu bilərəkdən edirlər ki..."

Son zamanlar vətəndaşların mağazalarda ən çox qarşılaşdıqları problemlərdən biri də malların qiymətinin piştaxtadakı qiymətdən fərqli olaraq, "sistem”də daha yüksək göstərilməsidir.

Yenixeber.org: Xüsusilə iri supermarketlərdə bu cür hallar daha çox müşahidə edilir. Nəzərə alsaq ki, əksər məhsulların qiyməti onsuz da bahalaşıb, marketlərin bu addımı çoxluğun şikayətinə səbəb olur.

Problemlər bağlı Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Sfera.az-a bildirib ki, qeyd olunan faktlar süni qiymət artımının nümunəsidir: "Piştaxtalarda qiymət aşağı göstərilsə də, kassada fərqli olduğunun şahidi oluruq. İllərdir, bununla bağlı bizə də çoxsaylı şikayətlər daxil olur. Marketlər bunu bilərəkdən edir ki, istehlakçılar cəlb olunsun və nəticədə ondan çoxlu pul çxısınlar. İstehlakçıların təxminən 70 faizi verilən çeklərə baxmır, qiymətlərdən xəbərsiz olurlar. Həmçinin marketlərin böyük bir hissəsində malların adı qeyd edilmir. Bu yolla istehlakçıları aldadırlar. Bax, bu faktlar da elə süni qiymət artımıdır”.

Ekspert vurğulayıb ki, hətta şəhərin mərkəzində olan iri supermarketlərdə belə istehlakçılar aldadılır: "Məsələn, kartla ödəniş zamanı bilərək artıq pul çıxırlar. Ona görə də, tövsiyə edirəm ki, mütləq çekə baxsınlar, o cümlədən kartla ödəniş zamanı telefona gələn sms-ə yerindəcə fikir versinlər. Çünki bu problem hər zaman yaşanır. Belə hallarla qarşılanda 1952 nömrəsi ilə əlaqə yaradıb, İqtisadiyyat nazirliyinə məlumat vermək lazımdır. Istehlakçı piştaxtada gördüyü qiyməti ödəməli və rəhbərlikdən qiymətin dəyişdirilməsini tələb etməlidir. Adətən "qiyməti dəyişdirmək yadımızdan çıxıb” deyirlər. Amma yalandır”.

Müsahibimiz bildirib ki, istehlakçılardan şikayətlər daim artmaqda davam edir: "Heç bir azalma yoxdur. Xüsusilə onlayn ticarətlə bağlı şikayətlər yağış kimi yağır”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam