Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

“Çudo-peçka”ların bahalı və keyfiyyətsiz “çudo”ları

 

Müşahidələrə görə, şəbəkəni istehsala daha az vəsait sərf edib daha çox gəlir götürmək düşündürür, nəinki keyfiyyət; Eyyub Hüseynov: “Bizə Çudo-peçka”lardan hər ay 2-3 şikayət zəngi gəlir..."

"Xeberinfo.com":  “Çudo-peçka”larla bağlı redaksiyamıza şikayətlər daxil olub. Şikayətlərdə həm satılan məhsulların bahalığından, həm də keyfiyyətindən bəhs edilir. 
Həmçinin peraşkilərin içindən tük çıxdığı, dönərin ətinin damarlarla dolu olduğunu deyən şikayətçilərin söylədiklərinin nə qədər həqiqəti əks etdirdiyini öyrənmək üçün bir neçə “Çud-peçka”ya baş çəkdik. 
Apardığımız müşahidədən də deyilənlərin gerçəyi əks etdirdiyinin şahidi olduq. Qiymətlər həqiqətən yüksək idi. Kremli məhsulların, xüsusilə də tortların istehsal tarixi, yararlılıq müddəti, tərkibi üzərilərində göstərilməmişdi. 
Satıcılardan biri vitrindəki tortların yenicə bişirildiyini və təzə olduğunu söylədi: “Bizim mağazadakı məhsulların hamısı təzədir. Xüsusən də tortlar və şirniyyatlar. Onlar bir həftədən çox saxlanılmır. Həm də müştəri çox olduğu üçün tortların vitrində qalması mümkün deyil”. 
“Bəs biz bu tortların təzə olduğunu necə bilək, əgər üzərində tarixi yazılmayıbsa” şəklində iradımıza satıcının cavabı bu cür oldu: “Ətrafa baxın, nə qədər adam bura gəlir, bu adamlar hər şeyin təzə olduğuna sübutdur. Köhnə mallar satsaq heç kim gəlməz və almaz”.
Burada peraşkilərin qiyməti içliyindən asılı olaraq 25-35 qəpik arasında dəyişirdi. Ancaq bir balaca peraşkiyə görə 25 qəpiyin çox olduğu qənaətindəyik. Peraşkinin qiymətinin bu cür olmasını onun ərsəyə gəlməsi üçün istifadə olunan ərzaqların qiyməti ilə hesablasaq belə nəticəyə gələ bilərik ki, 1 kiloqram kartofdan cəmi 3-4 peraşki hazırlanır. Bu isə mümkünsüzdür. 
Dönərlərə gəlincə, qiymət hər yerlə bərabər eyni olsa da,  keyfiyyəti haqda bunu demək mümkün deyil. Dönər haqdakı şikayətin nə dərəcədə gerçəyi əks etdirdiyini öyrənmək üçün “Çudo-peçka”dan bir dönər alıb oturduq. Dönərin içərisində damarlara rast gəlinirdi. Dadında isə qəribə bir tam sezilirdi. Dönərin ətinə o qədər damar vurulmuşdu ki, sanki bu, ət yox, damar dönəri idi. Apardığımız müşahidələrdən şirniyyatlardan və tortların çəkisinin azlığından şikayətlənən alıcıların da haqsız olmadığını gördük. Çünki burada satılan tortların heç birinin üzərində nə tərkibi, nə də ki istifadə müddəti yazılmamışdı. Buradan da görünür ki, şəbəkəni istehsala daha az vəsait sərf edib daha çox gəlir götürmək düşündürür, nəinki keyfiyyət. Çünki adətən qənnadı biznesində istehsalçının gəliri 20-30 faizə hesablanır. “Çudo peçka”nın “hədəfləri” 80 faizə kökləndiyindən keyfiyyət, müştəriyə yüksək xidmət kimi məsələlər arxa plana keçib. İstehlakçının sağlamlığı üçün vacib məqamlardan sayılan yararlılıq müddəti isə şəbəkədə sirr kimi qorunur və göstərilmir. Belə ki, “Çudo peçka”nın reyd apardığımız mağaza-kafelərinin hər hansı birində məhsulların üzərində yararlılıq müddətinə rast gəlmədik. 
*  *  *
 
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov “Çudo-peçka”lardan hər ay 2-3 şikayət zənginin gəldiyini dedi: “Əhali bizə zəng edib Çudo-peçka”lardan narazılıqlarını bildirir. Telefon zənglərində sifariş verdikləri şirniyyat məmulatlarının, tortların onların istəklərinə uyğun hazırlanmaması, çəkisinin az olması, malların üzərinə yararlılıq müddətinin olmaması haqda şikayətlər var. İki il öncə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi dönərlərin standartını hazırladı. Dönərləri şişə taxıb “skoçlayıb” soyuducu avtomobillərdə dönərxanalara verən müəssisələr ayrıldı. Bu işi öz üzərinə götürən üç şirkətdən biri də “Çudo-peçka”lar oldu. Azad İstehlakçılar Birliyinin tədqiqatı göstərdi ki, “Çudo-peçka”ların heç birinin fermer təsərrüfatı yoxdur. Haradan necə gəldi ət alır və onu qablaşdırıb satırlar.
“Azbanvit” şirkəti də bu işi görür. Ancaq “Çudo-peçka”dan fərqli olaraq “Azbanvit” şirkətinin çəkim sexi var. Onlar Rusiyadan gətirilmiş təzə heyvanları kəsir və dönər hazırlayırlar. Bizim orada monitorinqlərimiz olub. “Çudo -peçka”ya dönər satmaq üçün standartın nəyə görə verilməsi bizə hələ də təəccüblü qalır. Düşünürəm ki, bu sahədə ciddi problemlər var. Onu da qeyd edim ki, bizim monitorinqlər göstərir ki, dönərxanaların 80 faizi heç də standartlara uyğun dönər hazırlayan yerdən mal almır". (musavat.com) 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam