Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Azad İstehlakçılar Birliyinin sədri:Azərbaycanın əmtəə bazarında təhlükəli oyuncaqlar satılır

Azad İstehlakçılar Birliyinin sədri:

 

Yeni İl bayramı üçün uşaqlara hədiyyə seçməklə bağlı valideynlərə xəbərdarlıq edilib

 

Yenixeber.org: Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirib ki, Azərbaycanın əmtəə bazarında təhlükəli, arzuolunmaz uşaq oyuncaqları satılır.

“Nazirlər Kabinetinin 243 saylı qərarına görə, uşaq oyuncaqları məcburi sertifikatlaşdırılan mallar siyahısındadır. Yəni onlar əmtəə bazarına buraxılmamışdan öncə sertifikatlaşdırılmalı, yoxlanılmalıdır. Lakin ölkədə biznes qruplarına toxunulmazlıq şəraiti yaradılıb və Nazirlər Kabinetinin 243 saylı qərarı həyata keçirilmir. Bizim əlimizdəki siyahıda 900-ə qədər mal məcburi sertifikatlaşdırılmağa məruz qalmalı olsa da, bu proses həyata keçirilmədən əmtəə bazarında satılır. Uşaq oyuncaqlarının təxminən 80 faizi məcburi sertifikatlaşma keçilmədən satılır. Beləliklə, təhlükəli, arzuolunmaz uşaq oyuncaqları Azərbaycanın əmtəə bazarına buraxılıb.

Valideynlər sertifikatı soruşmaq hüququna malikdirlər. Satıcı isə onu göstərməyə borcludur”, - deyə Eyyub Hüseynov bildirib.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam