Redaktor seçimi
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
BSU-nun rektoru Anar Nağıyevə "İTTİHAM YAĞIŞI":
Həmkarlar İttifaqında qərar verən əsas güc- NİGAR VAHABZADƏ KİMDİR?-
GENERAL MEHDİYEV - GÖMRÜKDƏN BİZNESƏ... - DGK-nın keçmiş şefi necə “uğurlu biznesmen” oldu? +
Günün xəbəri

ABŞ generalı: -“Beynəlxalq hüquq Azərbaycanın tərəfindədir”

ABŞ generalı: “Beynəlxalq hüquq Azərbaycanın tərəfindədir”

“Dinc Dağlıq Qarabağ Azərbaycanın suveren hissəsi kimi bölgədə sabitliyə nail olmaq üçün mühüm əhəmiyyət kəsb edir”.

Yenixeber.org: Bu fikirlər ABŞ-ın Avropadakı qoşununun keçmiş komandanı, general-leytenant Ben Xocesin “EUObserver” nəşrindəki məqaləsində yer alıb.

Onun sözlərinə görə, azərbaycanlılar bölgədə erməni icmasının təhlükəsizliyini təmin etmək, həmçinin onların mədəni yerləri və artefaktlarının qorunması ilə bağlı üzərilərinə öhdəlik götürüblər: “Ümidimiz üçün əsasımız var. İşğal altında olan bölgə istisna olmaqla, bu gün 30 mindən çox erməni Azərbaycanı vətən adlandırır”.

B.Xocesin fikrincə, Qərb hərbi əməliyyatların dayandırılması ilə bağlı razılaşmanın yerinə yetirilməsində Bakıya mövqeyini müdafiə etməyə kömək etməlidir, belə ki, beynəlxalq hüquq Azərbaycanın tərəfindədir.

General-leytenant yaranmış vəziyyətdə ABŞ və Avropanın kənarda qalmasını uyğun seçim olmadığını qeyd edib: “Dağlıq Qarabağ beynəlxalq aləm tərəfindən Azərbaycanın tərkib hissəsi kimi tanınır. Şərq və Qərb arasında yeganə quru dəhliz Azərbaycandan keçir. Bu əslində daha böyük Qara dəniz regionunun iqtisadi potensialının inkişafı üçün açardır və Qərb artıq yubanmamalıdır”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam