Redaktor seçimi
Gəncə Dövlət Universitetində bitməyən "ŞƏNLİK" -
MÜTDA – BŞTİ qarşıdurması kimin dirijor çubuğu ilə idarə olunur? -
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Günün xəbəri

“ŞUŞA ÜÇ TƏRƏFDƏN MÜHASİRƏYƏ ALINIB..." -Rusiya KİV-i güclü hücuma hazırlıq getdiyini yazır +FOTO

Ermənistan tərəfinin guya Azərbaycan hərbçilərini Şuşa şəhərindən bir neçə kilometr kənara uzaqlaşdırdığı barədə iddialar irəli sürməyinə baxmayaraq, məlum olub ki, əslində Azərbaycan ordusu şəhəri bir gecədə üç istiqamətdən - cənubdan, qərbdən və şərqdən mühasirəyə ala bilib və indi şəhərə güclü hücum üçün son hazırlıq aparılır.

Yenixeber.org: Bu barədə Rusiyanın avia.pro saytında dərc edilən məqalədə məlumat verilib.

Məqalədə təqdim olunan xəritədə qüvvələrin yerləşməsindən də aydın görünür ki, Şuşada erməni tərəfinin vəziyyəti çox əlverişsizdir: “Güclü artilleriya zərbələrindən sonra Azərbaycan qüvvələri hücuma keçə və şəhərə daxil ola bilərlər. Buraya daxil olandan sonra isə Xankəndinə yol tam açılır”.

Rusiya saytı yazır ki, ötən həftə ərzində Azərbaycan ordusu aktiv hücumlarını dayandırmasına baxmayaraq, son 24 saat ərzində Qarabağda, eləcə də Ermənistanla sərhəddə beşdən artıq yaşayış məntəqəsini ələ keçirə bilib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam